Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Qlobal epidemiya təhlükəsi həm də saflığa, təmizliyə çağırış oldu
Qlobal epidemiya təhlükəsi həm də saflığa, təmizliyə çağırış oldu |
Karantin rejimində aləmlə birlikdə evdə olmuşuq. Övladımdan üçü bizdən ayrı yaşayır. Əlbəttə ki, onlar üçün, eləcə də şirin-şəkər nəvələrim üçün çox darıxmam. Amma nə edəsən? Karantinin bitəcəyini gözləməkdən başqa çarə yoxdur. Həyat yoldaşımla mavi ekranın, kompüter monitorunun qarşısında oturub dünyada və ölkəmizdə baş verən hadisələri izləyirik. Təəssüfləndiyimiz, həyəcanladığımız, kövrəldiyimiz və hətta ağladığımız anlar da olur. Hər gün Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarını diqqətlə izləyirik.
Şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə AZƏRTAC-ın müxbiri ilə telefon söhbətində karantin günlərinin təəssüratlarını belə xatırlayıb. Onun dediyinə görə, koronavirus pandemiyasının qarşısının alınması, onun minimum itkilərlə ötüşməsi üçün ölkəmizdə həyata keçirilən preventiv tədbirlər bəşəri epidemiyaya qarşı çox düzgün addımlar olub. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, yeni tibb ocaqlarının, modul tipli xəstəxanaların yaradılması, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın epidemiyanın alovlandığı günlərdə xalqa müraciəti qəlbimizdəki həyat, yaşamaq eşqini gücləndirdi. Dövlət və xalq birliyi, insanların mehribanlığı, iş adamlarının xalqa köməyi gələcəyə inam hissini artırdı. Koronavirus pandemiyası ilə mübarizədə ölkəmiz özünü ən yaxşı tərəfdən göstərdi və hətta örnək kimi qəbul edildi. Qəşəm Nəcəfzadə karantin şəraitindəki yaşam şəraiti haqqında məlumat verərək deyib: “Karantin başlayanda maska, əlcək, kifayət qədər spirt, digər tibbi ləvazimatlar və bir kisə un aldım. Evdən çıxmaq üçün elə bir səbəb yoxdu. Çörəyi də evdə bişiririk. Həyat yoldaşım şəkərbura, paxlava, tort və müxtəlif şirniyyatlar bişirsə də, nəvələrsiz boğazımızdan keçmədi. Hər gün evin havasını dəyişir, yüngül idman hərəkətləri edirik. İndi bizi yaşadan bir qüvvə də ömrün yaşanmış illərinin arxada qalan xatirələridir. Hər gün gənclik, tələbəlik illərinin, eləcə də Bakının əvvəlki vaxtlarının şəkillərinə, videolarına baxıb təsəlli tapırıq. Hərdən təəssüflənir, hərdən kövrəlirik... Açığımı deyəcəyəm, karantin günlərində əlim-qolum açılmadı. Nə şeir yazmışam, nə də kitab oxumuşam. Hərənin bir təbiəti var. Mən sərbəst olanda yazıb oxuyuram. Düşünməyə, mövzu axtarışına çıxmağa həmişə vaxtım var: yolda, küçədə, avtobusda, metroda. İndi hamının öz evinə çəkildiyi bu günlərdə “ilham pərim” çox küskündür və onu heç cür ovundura bilmirəm. Daha çox dünyanın taleyi, xalqımız bu bəşəri bəladan necə xilas olacağı haqqında düşünürəm... Bakı metropolitenin işini dayandırması məni çox təəssüfləndirdi, çünki fəaliyyətə başladığı 1967-ci ildən bəri ilk dəfə idi ki, metro bağlanırdı. Təkcə bu hadisənin özü qlobal epidemiyanın nə qədər ağır bir hadisə olduğunu göstərirdi. Küçələr, yollar, maşınlar dərmanlandı, insanlar sınağa çəkildi. Əl və üzün mütəmadi yuyulması bir növ vərdişə çevrildi, təmizlik həyatımıza hakim kəsildi. Bəlkə də pandemiya sınağının Yer kürəsinə ən böyük töhfəsi elə budur? Qlobal epidemiya təhlükəsi insanları saflığa, təmizliyə, dünyamızı birləşməyə çağırdı”. Şair söhbətinin yekununda bir daha “yaradıcılıq mətbəxinə qayıdaraq deyib: “Bu müddətdə “Allah xitab” adlı tək bir şeir yazdım, Bakı metropoliteni kimi mən də dayanmışam, metro işə düşəndə, həyat canlanmağa başlayanda mən də yazıb-yaratmağa başlayacağam”. Geri dön |