Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyada petrokimiya zavodunun onlarla işçisi koronavirusa yoluxub
Urmiyada petrokimiya zavodunun onlarla işçisi koronavirusa yoluxub |
Güney Azərbaycanın Urmiya şəhərində yerləşən petrokimiya zavodunda işləyən onlarla fəhlənin koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib.
Zavodun rəhbərliyi məsələni gizlətməyə çalışsa da Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi Rza Nağızadə fəhlələrdən 38 nəfərin infeksiyaya yoluxduğunu bildirib. Nağızadə aprel 22 tarixində Qərbi Azərbaycan valisinə ünvanlandığı məktubda petrokimiya zavodunda çalışan 209 nəfərin 60-dan koronavirus testi götürüldüyünü, onların 38-də infeksiya aşkarlandığını yazıb. Halbuki Zavodun direktoru Kərim Dilcəvan daha öncə verdiyi müsahibədə heç bir fəhlənin koronavirusa yoluxmadığını iddia etmişdir. Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsi rəisinin məktubunda həmçinin bildirilir ki, zavodun digər fəhlələri də Kovid-19 analizindən keçmək istəsələr də, testlərin məhdudluğuna görə bu məsələ reallaşdırılmayıb. Nağizadə əlcək, maska və üzlük kimi fərdi qoruyucu vasitələrin, eləcə də dezinfeksiyaedici maddələrin çatışmazlığını vurğulayaraq zavodun heç bir bölməsində infeksiyanın yayılmasına qarşı effektiv tədbirin görülmədiyini qeyd edib. Geri dön |