Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda 882 nəfər yol qəzalarında ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 882 nəfər yol qəzalarında ölüb

Şərqi Azərbaycanda 882 nəfər yol qəzalarında ölüb


Ötən il (İranda yeni il Novruz bayramında başlayır) Şərqi Azərbaycan Əyalətində baş verən yol qəzalarında təxminən 900 nəfər həyatını itirib.



Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Dr. Əli Səfayifərd aprelin 22-də mətbuata məlumat verib.

“Ötən il Şərqi Azərbaycan Əyalətində 882 nəfər yol qəzalarında həyatını itirib. Bu rəqəm bir il əvvəllə müqayisədə 4 faiz azalma göstərir. Qəzalarda həlak olanların 705-i kişi, 177 nəfəri isə qadın olub.”- deyə o bildirib.



Ə.Səfayifərdin sözlərinə görə, ötən ilin sonuncu ayında Şərqi Azərbaycan yollarında baş verən qəzalarda 69 nəfər həlak olub. Bu rəqəm bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 167 faiz artım göstərir.



“Ötən il əyalət yollarında baş verən yol-nəqliyyat hadisələrində 17 min 126 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu rəqəm bir il əvvəllə müqayisədə təxminən 6 faiz azalma göstərir. Xəsarət alanlardan 4 min 800 nəfəri qadın, 12 min 326 nəfəri isə kişi olub.”- deyə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi əlavə edib.



Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Geri dön