Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib
Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib |
Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının növbəti iclası şura üzvləri, struktur rəhbərləri və dəvətlilərin iştirakı ilə onlayn keçirilib.
İclasda çıxış edən rektor Azad Novruzov ölkəmizdə insan amilinin hər şeydən üstün tutularaq vətəndaşlarımızın sağlamlığının qorunması üçün bir sıra mühüm qərarlar qəbul olunduğunu bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən sosial layihələr həyata keçirilir, onlardan biri də aztəminatlı ailələrin övladlarının təhsil haqqının ödənilməsini dövlətin öz üzərinə götürməsidir. Çox yaxşı haldır ki, karantin dövründə respublikamızda, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda təhsil yüksək səviyyədə təşkil olunub. Sonra onlayn iclasda Elmi Şuranın gündəliyi təsdiqlənib, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişikliklər edilməsi, Naxçıvan Müəllimlər İnstitutunda karantin dövründə tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu ildə qəbul olunmuş doktorant və dissertantların müvafiq kafedralara təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbərlərinin (məsləhətçiləri) təsdiqi haqqında məsələlər müzakirə edilib, uyğun qərarlar qəbul olunub. Məruzələrdə qeyd olunub ki, ölkəmizdə karantin rejimi tətbiq olunan ilk günlərdən başlayaraq Naxçıvan Müəllimlər İnstitutunda 2019/2020–ci tədris ilinin ikinci yarımili (yaz semestri ) üçün tədrisi nəzərdə tutulan fənlərin (ixtisaslar və kurslar üzrə) mühazirə mətnləri, imtahan sualları institutun rəsmi saytında (nmi.edu.az) yerləşdirilib. Tədrisin onlayn qaydada təşkilini təmin edən proqramlardan istifadə etməklə onlayn qaydada kurslar təşkil olunub. Professor-müəllim heyətinin tədris etdiyi fənlərin video formatında mühazirələri hazırlanır və institutun sosial şəbəkədəki səhifəsinə yerləşdirilir. Təlim və tərbiyə işləri ilə yanaşı, elmi-metodiki işlər çərçivəsində professor-müəllim heyətinin respublikada və xaricdə müxtəlif elmi jurnallarda və kütləvi informasiya vasitələrində məqalələri dərc olunub. Sonda onlayn dərslərdən nümunələrə baxış olub və keyfiyyətin artırılması istiqamətində müəyyən qərarlar qəbul edilib. Geri dön |