Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Zəncanda koronavirusa yoluxanların sayı artmaqda davam edir |
İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Zəncan əyalətində koronavirusa yoluxanların sayı artaraq 926 nəfərə çatıb.
Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 12 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 96 olub. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 155 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 92 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2198 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1296 nəfərinin sağaldığını qeyd edib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb. Şərqi Azərbaycan əyalətinin səhiyyə xidməti rəhbərləri isə məhdud şəkildə informasiya yaymağa üz gətirib. Geri dön |