Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan “Metsamor”a görə beynəlxalq məhkəməyə veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistan “Metsamor”a görə beynəlxalq məhkəməyə veriləcək

Ermənistan “Metsamor”a görə beynəlxalq məhkəməyə veriləcək


Region üçün ciddi təhlükə mənbəyi olan “Metsamor” AES-in fəaliyyətini dayandırmayan Ermənistana qarşı növbəti hüquqi addəmlar atılacaq.

Belə bir təşəbbüslə Türkiyənin Qars Strateji Araşdırmalar Mərkəzi (QSAM) çıxış edib.

Bu barədə xüsusi açıqlama ilə çlxış edən QSAM Ermənistanın “Metsamor” Atom-Elektirk Stansiyasının (AES) fəaliyyətinin dayandırmayacağı təqdirdə, sözügedən obyektin qapadılması tələbi ilə beynəlxalq məhkəməyə müraciət olunacağənə bəyan edib.

QSAM-ın yaydığı açıqlamada 1999-cu ildə Brüsseldə Avropa İttifaqı ilə Ermənistan arasında “Metsamor” AES-in fəaliyyətinin ən uzağı 2004-cü ilə qədər dayandırılmasına dair anlaşma imzalandığı, lakin İrəvanın bu müqaviləyə əhəmiyyət vermədiyi qeyd olunub.

Açıqlama müəllifləri hüquq müstəvisində aparacaqları mübarizə sayəsində “Metsamor” AES-in qapadılmasına nail olacaqlarına inam ifadə ediblər.

A.Zeynalov

Geri dön