Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı əsgəri qətlə yetirənlərin “Pejak” terrorçuları olduğu hələ də gizlədilir
Güney azərbaycanlı əsgəri qətlə yetirənlərin “Pejak” terrorçuları olduğu hələ də gizlədilir |
Xəbər verdiyimiz kimi, ötən günlərdə Urmiya şəhərindən olan azərbaycanlı əsgər Əmir Süleymani İran rejiminin terror fəaliyyətinə göz yumduğu “Pejak” kürd terror qruplaşması tərəfindən qətlə yetirilib.
Bu barədə xəbər ötən günlərdə yerli mətbuat və sosial şəbəkələrdə geniş yayılmışdır. Lakin dövlətin rəsmi xəbər agentlikləri hər zaman olduğu kimi, xəbəri ilk boykot etdi, ölkə rəsmiləri isə bu barədə hərhansı açıqlama verməkdən yayındılar. Aprelin 25-də bu məsələyə münasibət bildirən Qərbi Azərbaycan Sərhəd Mühafizəsi Orqanlarının komandiri Yəhya Hüseynxani də baş verən terror aktı ilə bağlı geniş məlumat verməkdən boyun qaçırıb. “Sərhəd qüvvələri üçün davamlı olaraq taktiki və xüsusi məşqlər keçirilir. Qərbi Azərbaycan Əyaləti sərhəddində keçirilən məşqlər zamanı Əmir Süleymani adlı bir əsgər şəhid oldu.”- deyə o bildirib. Azərbaycanlı əsgərin ailəsinə başsağlığı verən Yəhya Hüseynxani Əmir Süleymaninin harada və hansı terror qruplaşması tərəfindən qətlə yetirildiyi barədə heç bir məlumat verməyib. Qeyd edək ki, Qərbi Azərbaycan əhalisi kürd terror qruplaşmalarının törətdikləri cinayətlərin davamlı olaraq hökumət rəsmiləri tərəfindən gizlədilməsinə uzun illərdir ki, etiraz bildirir. Təəssüflər olsun ki, bu istiqamətdə hərhansı irəlləyiş əldə edilməyib, terror aktları ilə bağlı xəbərlərin boykot və ya təhrif edilməsi olduğu kimi davam etməkdədir. Güney Azərbaycanın qərb bölgəsində kürdləşdirmə prosesi gedir. Rejimin dəstək verdiyi planın gərçəkləşdirməsi üçün müxtəlif gizli və açıq işlər görülür. Bölgədə “Pejak”, “Komelə” və “Kürdistan Demokrat Partiyası”nın vaxtaşırı terror aktları törətməsi Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə xidmət edir. Bu istiqamətdə rejim əlavə addımlar da atır. Bölgədə radikal kürdlərin rəsmi orqanlarda həssas postlara təyin edilməsi, sərhədyanı bölgələrdə yaşayan kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və s. Qərbi Azərbaycanda kürd faktorunu gücləndirmək və azərbaycanlıların mövqeyini zəiflətməyə yönəlib. İran mətbuatı kürd terror qruplaşmalarının Qərbi Azərbaycan Əyalətində törətdiyi cinayətləri adətən işıqlandırmır. Bəzi hallarda isə yaydıqları xəbərlərdə terror aktının kürd terror qruplaşmaları tərəfindən törədildiyi gizlədilir. Geri dön |