Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran güney azərbaycanlı əsgərin “Pejak” terrorçuları tərəfindən öldürülməsini inkar etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran güney azərbaycanlı əsgərin “Pejak” terrorçuları tərəfindən öldürülməsini inkar etdi

İran güney azərbaycanlı əsgərin “Pejak” terrorçuları tərəfindən öldürülməsini inkar etdi


Üç günlük sükutdan sonra Qərbi Azərbaycan əyalətinin Sərhəd Mühafizəsi Orqanlarının komandiri qəribə bir hərəkətdə azərbaycanlı əsgər Əmir Süleymaninin “Pejak” terror qruplaşması tərəfindən öldürüldüyünü təkzib edib.





General Yəhya Hüseynxani azərbaycanlı əsgərin “döyüş təlimləri və taktiki məşqlər keçirilin zaman şəhid olduğunu” iddia edib.





Bu o halda baş verib ki, ötən günlərdə “Sepah”ın teleqram kanalı və kürd qruplaşmalarının informasiya vasitələri Əmir Süleymaninin terror qruplaşması tərəfindən öldürüldüyünü təsdiqləmişdilər.





Terrorçular tərəfindən aprelin 23-də Urmiyanın Sero məntəqəsində şəhid edilən Əmir Süleymani Qərbi Azərbaycanın mərkəzi şəhəri olan Urmiya sakini idi.





Qeyd edək ki, Qərbi Azərbaycan əhalisi kürd terror qruplaşmalarının törətdikləri cinayətlərin davamlı olaraq hökumət rəsmiləri tərəfindən gizlədilməsinə uzun illərdir ki, etiraz bildirir. Təəssüflər olsun ki, bu istiqamətdə hər hansı bir irəliləyiş əldə edilməyib, terror aktları ilə bağlı xəbərlərin boykot və ya təhrif edilməsi olduğu kimi davam etməkdədir.





Güney Azərbaycanın qərb bölgəsində kürdləşdirmə prosesi gedir. Rejimin dəstək verdiyi planın gerçəkləşdirməsi üçün müxtəlif gizli və açıq işlər görülür. Bölgədə “Pejak”, “Komelə” və “Kürdistan Demokrat Partiyası”nın vaxtaşırı terror aktları törətməsi Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə xidmət edir. Bu istiqamətdə rejim əlavə addımlar da atır. Bölgədə radikal kürdlərin rəsmi orqanlarda həssas postlara təyin edilməsi, sərhədyanı bölgələrdə yaşayan kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və s. Qərbi Azərbaycanda kürd faktorunu gücləndirmək və azərbaycanlıların mövqeyini zəiflətməyə yönəlib.

Geri dön