Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Qazaxıstanda fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadılıb
Qazaxıstanda fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadılıb |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əhaliyə müraciətində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirusla əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyətin müddətinin uzadıldığını bildirib.
Martın 16-dan tətbiq edilən fövqəladə vəziyyət mayın 11-dək uzadılıb. Qazaxıstanda təhlükəli virusun geniş yayılmasının qarşısını almaq üçün belə çətin, lakin lazımi qərar qəbul etməli olduğunu deyən Prezident Kasım-Jomart Tokayev bildirib: “Vəziyyət hələ də çox ciddidir. Pandemiyanın ikinci dalğası gözlənilir. Qazaxıstanda koronavirusa yoluxma halları hələ də davam edir. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi qalmaqdadır”. Prezident ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, Dövlət Komissiyasının və ekspertlərin təklifi əsasında fövqəladə vəziyyət rejiminin bu il mayın 11-dək uzadılması haqqında Fərman imzalayıb. Bildirib ki, bu qərar indiki mürəkkəb vəziyyətdən irəli gəlir. Fərmana əsasən, əgər mayın 11-də epidemiyaya yeni kütləvi yoluxma baş verməzsə, fövqəladə vəziyyət rejimi başa çatacaq. Xatırladaq ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə Qazaxıstanda martın 16-dan aprelin 16-dək fövqəladə vəziyyət tətbiq edilib. Daha sonra bu müddət mayın 1-dək uzadılıb. Geri dön |