Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranlı deputatlar yenə çoxarvadlılıqdan danışıb
İranlı deputatlar yenə çoxarvadlılıqdan danışıb |
İran hakimiyyəti ölkədəki sosial narazılığı aradan qaldırmaq üçün çeşidi təkliflər irəli sürməkdədir.
İran parlamentinin üzvləri Məhəmmədtağı Rəhbər və Mürtəza Tehrani jurnalistlərə açıqlamalarında çoxarvadlılığın yayılmasına dəstək verilməsini istəyiblər. İsfahanın imam cüməsi, deputat Məhəmmədtağı Rəhbərin sözlərinə görə, ölkə əhalisinin artması üçün «evli kişilərin bir neçə arvad almasına, o sıradan da boşanmış qadınlarla evlənməsinə icazə verilməlidir: “Hesab edirəm ki, qadınlar an azı hər üç ildən bir uşaq doğmalıdır”. Mürtuza Tehrani isə deyib ki, evli kişilərin yenidən evlənməsi təşviq olunmalı, bu, dəstəklənməlidir: “Bunun üçün də cəmiyyətdə psixoloji baxımdan zəmin yaradılmalı, cəmiyyətdə bunun normal qarşılanması üçün təbliğat gücləndirilməlidir”. Xatırladaq ki, bir müddət öncə İslam Respublikasının ali rəhbəri ayətullah Xamneyi ölkə əhalisinin sayının artılırması ilə bağlı çıxış etmiş,abortların yasaqlanmasına toxunmuşdu Çoxarvadlılıq isə deputatlar və hakimiyyətin bir sıra təmsilçiləri tərəfindən ara-sıra gündəliyə gətirilir. Buna etiraz edən qadın parlament üzvləri də olub. Ancaq hələ bu məsələ hələ söz olaraq, qalmaqdadır. Geri dön |