Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Möhsün Haşimi: “Koronavirusdan ölənlərin statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən qat-qat çoxdur”
Möhsün Haşimi: “Koronavirusdan ölənlərin statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən qat-qat çoxdur” |
Tehran Şəhər Şurasının rəisi Möhsün Haşimi aprelin 27-də jurnalistlərlə görüşündə İranda “Covid-19” infeksiyası qurbanlarının statistikasını şübhə altına alıb.
Haşimi, jurnalistlərdən birinin İran Səhiyyə Nazirliyinin koronavirus qurbanlarının əyalətlər üzrə statistikasını Tehran Şəhər Şurasına verib-verməyəcəyi ilə bağlı sualı cavablandıraraq deyib ki, əgər Səhiyyə Nazirliyi gerçək statistikasını yaymaqdan boyun qaçırsa, özləri pandemiyadan ölənlərin həqiqi rəqəmini əldə edəcəklər: “Statistika şuraya açıq və dəqiq şəkildə verilməyib. Lakin biz “Behişti-Zəhra” Təşkilatında gücə və nüfuza malikik və gerçək statistikanı onlardan alacağıq. Bizdə olan məlumatlara görə, koronavirusdan ölənlərin statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən qat-qat çoxdur. Hələlik isə, Tehran Şəhər Şurasının üzvləri Koronavirusla Milli Mübarizə Qərargahı ilə olan ixtilaf və fikir ayrılıqlarını mediada işıqlandırmamğa qərar veriblər”. Qeyd edək ki, İran Səhiyyə Nazirliyi aprelin 27-də yaydığı açıqlamada ölkədə koronavirusdan ölənlərin sayının 5806 nəfərə, yoluxanların sayının isə 91472 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər 36 mindən çox insanın koronavirusdan öldüyünü, yüz minlərlə insanın isə xəstəliyə yoluxduğunu bildirirlər. Geri dön |