Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID-19: Fransada epidemiyadan ölənlərin sayı 23 660-a çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID-19: Fransada epidemiyadan ölənlərin sayı 23 660-a çatıb

COVID-19: Fransada epidemiyadan ölənlərin sayı 23 660-a çatıb


Fransada COVID-19 epidemiyasından ölənlərin sayı 14 810-u xəstəxanalarda, 8 850-si qocalar evlərində olmaqla 23 660-a çatıb. Son 24 saat ərzində 367 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.

Qeyd edib ki, epidemiya başlayandan xəstəxanalara 90 min xəstə yerləşdirilib. Hazırda xəstəxanalarda 27 484 xəstə var ki, 4 387-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Bu gün xəstəxanalara 1 474 yeni xəstə qəbul edilib ki, onlardan 153-ü reanimasiyaya yerləşdirilib. Bu günə qədər 46 886 xəstə sağalıb.

Fransada koronavirusa yoluxanların sayı 129 859-a çatıb ki, bunlardan 1520-si son bir sutkada aşkarlanıb.

Geri dön