Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncanda qızıldan olan tarixi əşyalar tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanda qızıldan olan tarixi əşyalar tapılıb

Zəncanda qızıldan olan tarixi əşyalar tapılıb


Güney Azərbaycanın Zəncan şəhərində qızıldan olan 5 tarixi əşya tapılıb.



Əşyaların Qacarlar dövrünə aid olduğu bildirilir.



Bu barədə Zəncan Əyaləti Polis İdarəsinin rəis müavini İrəc Xanipur “Fars” xəbər agentliyinə məlumat verib.

“Zəncan 15 nömrəli Polis Bölməsinin əməkdaşları şəhərdə hərəkət edən “Maksima” markalı bir avtomobilə şübhələnib. Avtomobili dayandıran polis əməkdaşları məhkəmə məsulları ilə koordinasiya edərək avtomobildə axtarış aparıb, maşından Qacarlar dövrünə aid qızıldan olan 5 tarixi əşya tapılıb. Əşyalar xaç və boşqab şəkilindədir. Aşkar edilən əşyalar, dəyərinin müəyyən edilməsi üçün Zəncan Əyaləti Mədəni İrs İdarəsinə təhvil verilib.”- deyə o bildirib.



Polis İdarəsinin rəis müavini tarixi əşyaların qaçaqmalçılığı ilə bağlı 3 nəfərin saxlandığını da diqqətə çatdırıb.



Bundan əvvəl Güney Azərbaycanın şəhər və kəndlərində tapılan əksər tarixi əşyalar bölgənin muzeylərinə deyil, Tehran və ya ölkənin digər muzeylərinə aparılıb. Bu baxımdan yeni tapılan antik əşyaların taleyi hələlik sual altındadır. Azərbaycanlı fəallar dəfələrlə tarixi abidələr və tapılan antik əşyaların qorunub saxlanılması barədə öz nigaranlıqlarını bildiriblər.

Geri dön