Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daha 4 nəfər Güneyli milli fəal həbsə məhkum edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Daha 4 nəfər Güneyli milli fəal həbsə məhkum edildi

Daha 4 nəfər Güneyli milli fəal həbsə məhkum edildi


Əfsanə Toqir, Vəhid Həbibçeşme, Vəhid Rastqu və Məhəmməd İskəndərzadə 1 il həbs cəzasına məhkum edildilər

Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi Əfsanə Toqir, Vəhid Həbibçeşme, Vəhid Rastqu və Məhəmməd İskəndərzadənin barəsində həbs qərarı çıxarıb.

Oktyabrın 1-də mühakimə edilən azərbaycanlı fəalların hər biri 1 il həbs cəzasına məhkum edilib.

Xanım Əfsanə Toqir sistemin əleyhinə təbliğ, Vəhid Həbibçeşme və Məhəmməd İskəndərzadə sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək və Vəhid Rastqu isə sistemin əleyhinə təbliğ, ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək və İran rəhbərini təhqir etməkdə ittiham edilib.

Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlara əsas kimi, Onların “Susma” dərgisinin nəşri və “Susuz Göl” veblaqının yaradılmasında iştirak etmələri göstərilir. Halbuki, azərbaycanlı fəallar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İstintaq İdarəsində işgəncələr altında etiraf etməyə məcbur olublar və bu barədə məhkəmə zamanı həm müttəhimlər və həmdə onların vəkilləri hakimə məlumat veriblər. Təəssüf ki, hakim işgəncələr altında verilən etirafı əsas götürüb.

Məhkəmə prosesi başa çatdıqdan sonra azərbaycanlı fəallar bəzi ittihamlardan bəraət qazanmsalarda, ancaq hakim Həmlbər, sistemin əleyhinə təbliğ ittihamına görə milli-mədəni fəalların hər birisinə 1 il həbs cəzası verib. Vəhid Rastqu, Vəhid Həbib çeşmə və Məhəmməd İskəndərzadənin məhkumluq müddətinin 6 ayı və Əfsanə Toqirin bütün məhkumluq müddəti 5 il müddətinə şərti olaraq təliqə salınıb.

Geri dön