Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tacikistanda rus sonluqlu soyadlar qadağan edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Tacikistanda rus sonluqlu soyadlar qadağan edildi

Tacikistanda rus sonluqlu soyadlar qadağan edildi


Tacikistan parlamentinin aşağı palatası vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə qanuna dəyişiklikləri qəbul edib.


Trend-in məlumatına görə, dəyişikliklərə əsasən rus sonluqlu soyadlar və ata adlarının istifadəsi qadağan edilir.


Qanun layihəsini parlamentə təqdim edərkən ölkənin ədliyyə naziri Müzəffər Aşuriyon bildirib ki, bundan sonra Tacikistanda “-ov/-ova” soyad sonluqları, eləcə də “-viç/-ovna” ata adı sonluqları qadağan olunacaq.


Tacikistan vətəndaşları “-purduxt”, “-i”, “-zod”, “-zoda”, “-on/-yon/-iyon” “-niyor” və “-far” sonluqları olan soyadlardan istifadə edə bilərlər.


Bu qadağa ölkədə yaşayan milli azlıq nümayəndələrinə şamil olunmayacaq.

Geri dön