Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlətlər, alimlər virusun qarşısını alamağa çalışsalar da hələlik effektli nəticə ortada yoxdur.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Dövlətlər, alimlər virusun qarşısını alamağa çalışsalar da hələlik effektli nəticə ortada yoxdur.

Dövlətlər, alimlər virusun qarşısını alamağa çalışsalar da hələlik effektli nəticə ortada yoxdur.


2019-cu ilin dekabrında, Çinin Vuhan şəhərindən başlayan coronoviris addım-addım bütün dünyanı caynağına aldı. Düz beş aydırki, bütün dünya bu virus səbəbindən təhlükə içindədir. Dövlətlər, alimlər virusun qarşısını alamağa çalışsalar da hələlik effektli nəticə ortada yoxdur. Dövlətlərin fərqli zamanlarda tətbiq etdiyi karantin virusun yayılmasının qarşısını almaqda rol alacağı deyilsə də, bunun da sübutu hələ tam deyil. Çünki evlərinə çəkilmiş insanların iş yerlərinə qayıtdığı zamanda virusa yenidən tutulub tutulmayacaqları hələ bəlli deyil. Məsələn, Amerika Birləşmiş Ştatlarının alimləri hesab edirlər ki, ölkələrin iqtisadiyyatı bərpa olunarkən mütləq qaydada sosial məsafə və dizinfeksiya qaydalarına əməl olunmalıdır.Əksi, virusun payıza doğru yenidən alovlanmasına şərait yarana bilər.

“Amerikanı açmaqda test etmək işin bir hissəsidir. Dönə dönə deyirki ki, insanlar sosial məsafə qaydalarına riyət etməlidirlər. Kütləvi toplanmalar üzün müddət unudulmalıdır. Biz başa düşürük bu asan deyil, amma bu bizim hamımızın sağlamlığı üçün vacibdir”

Amerikada coronavirusuna tutulanların sayı 1 milyonu keçib.John Hopkins Universitetinin açıqlamalarına görə, ölkədə 1 milyon 3 min 625 insan xəstəliyə tutulub.John Hopkinsin rəqəmlərində 57 min insanın öldüyü deyilir. Amerikada aprel ayından bəri hər gün təxminən 2 min insan həyatını itirib. Virususa tutulanların təxminən 30 faizi New York ştatının payına düşüb. Indi ölümlərin sayı azalsa da, tam bitmiş deyil. Hökumətləri gözləyən və həyacanlı addım isə iqtisadiyyatı yenidən bərpa etməkdir. Kim bunu nə qədər baçara biləcək? Sualın cavabı da qeyri müəyyəndir.

“Ümümdünya Səhiyyə təşkilatı coronovirusun bəzi servislərə, xüsusən də uşaqlara yoluxmasından narahatdır. Çünki pandemik hələ bitməyib. Uşaqlar bəlkədə daha az riskdə ola bilər. Uşaqlar bu xəstəliklərdən ölə bilməsələr də digər vaksinləri almadıqlarına görə ölə bilərlər. Bundan başqa qrip virusu sezonu başlamadan öncə bütün insanlar buna qarşı vaksin olunsunlar. Bu çox vacibdir.”

Dünyada isə virusa yoluxanların sayı 3 milyonun üzərindədir. Dünyanın ən çox nüfuza sahib üçüncü ölkəsi olan Amerikada hər 10 min insandan 30-da coronavirusu tapılıb. Sonrakı yerləri İtalya, İspanya və Fransa tutur. Reutersin məlumatına görə, siyahının başında gələn İspaniyada hər 10 min insandan 48-də virus var. Digər ölkələrdə,o cümlədən İranda da virusa tutulanların sayı kütləvi olsa da hökumət rəqəmləri gizlədir. İran İslam respublikasının bu addımı da dünya dövlətlərində narahatlıq və narazılıq yaradır. Rəsmi rəqəmlərdə isə göstərilir ki, İranda 92 min insan virusa yoluxub, 5800 insan isə həyatını itirib. Rəsmi Tehranın əhaliyə yetərincə kömək edə bilməməsi isə kütləvi ölümlərə səbəb olub.Amerikanın xəstəliklərə nəzarət və qarşısını alma mərkəzi olan CDC-nin rəqəmlərinə görə, coronavirus 2017-2018 dönəmi xariç olmaqla, son illərdə normal gripdən daha çox can alıb. 2011-2012-də normal gripdən 12 min, 2017-2018-də isə 61 min insan həyatını itirib.

Geri dön