Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvan Teatrı yenidən görüşünüzə gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İrəvan Teatrı yenidən görüşünüzə gəlir

İrəvan Teatrı yenidən görüşünüzə gəlir


Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq mövcud karantin vəziyyətində insanların asudə vaxtının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” kreativ layihə çərçivəsində teatrımız tərəfindən sosial şəbəkə üzərindən aprel ayı üçün nəzərdə tutulmuş virtual repertuarla izləyicilərə tamaşalar təqdim olunub.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Facebook” səhifəsində canlı yayım vasitəsilə həftəiçi hər gün saat 12:00 və 19:00-da (təkrar) yayımlanan tamaşalar teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Ay ərzində nümayiş olunan 30 tamaşaya 14 min 628 tamaşaçı baxmışdır.

Qafqazın qocaman sənət ocaqlarından biri, 138-ci teatr mövsümünü yaşayan, həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən İrəvan Dövlət Azərbaycan Dram Teatrı may ayı üçün nəzərdə tutulmuş virtual repertuar çərçivəsində yenidən izləyicilərə aşağıdakı tamaşaları təqdim edəcək.

1 may – 12:00, Mirzə Fətəli Axundzadə “Mürafiə vəkilləri” (Quruluşçu rejissor Oruc Qurbanov)

2 may – 12:00, Sabir Şahtaxtı "Ölüm həsrəti" (Quruluşçu rejissor Nicat Mirzəzadə)

3 may – 12:00, İftixar “Dan yeri söküləndə” (Quruluşçu rejissor Gümrah Ömər)

5 may – 12:00, Hidayət “İrəvanda xal qalmadı” (Quruluşçu rejissor və musiqi tərtibatçısı Nicat Mirzəzadə)

6 may – 12:00, Teyfik əl Hakimi “Hərraca qoyulmuş sultan” (Quruluşçu rejissor və rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

7 may – 12:00, İftixar "İşıqlı, nurlu sabah" (Quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

8 may – 12:00, İftixar "Qanlı qızıl toy" (Quruluşçu rejissor Rafael Dadaşov)

9 may – 12:00, Aqşin Babayev “Xilaskar” (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

10 may – 12:00, İftixar “Qurtuluş dastanı” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu)

13 may – 12:00, J.B.Molyer “Məcburən doctor” (Quruluşçu rejissor və rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)

15 may – 12:00, Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev)

16 may – 12:00, İftixar “Nurlu ömrün anları” (Quruluşçu rejissor, rəssam və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

17 may – 12:00, Xalid Hüseyni “Min möhtəşəm günəş” (Səhnələşdirmə və quruluşçu rejissor Elvin Mirzəyev)

20 may – 12:00, İftixar "Soyqırımı tarixinin dastanı" (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

22 may – 12:00, İftixar "Haqq mənəm" (Quruluşçu rejissor, quruluşçu rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)

24 may – 12:00, Azadə Taleh Abbasqızı “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyası (Quruluşçu rejissor Nicat Mirzəzadə)

26 may – 12:00, İftixar "Körpü" (Quruluşçu rejissor Xalq artisti Vaqif Əsədov)

28 may – 12:00, Ramiz Abdullayev “Biznesmen” (Quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov)

29 may – 12:00, Marat Haqverdiyev "Məhəbbət əzabları" (Quruluşçu rejissor və səhnə tərtibatçısı Həsən Əsgəri)

30 may – 12:00, Ramiz Abdullayev “Olacağa çarə yoxmuş” (Quruluşçu rejissor Yusif Əkbərov)

Tamaşalar saat 12:00-da teatrın “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) paylaşılacaq link vasitəsilə teatrın “YouTube” kanalından (https://www.youtube.com/channel/UCFFw-B_FHYMUOZZ2ryc2jlg/videos) nümayiş olunacaq.

Eyni zamanda teatrda paralel olaraq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”. (Quruluşçu rejissor Əməkdar artist Sərvər Əliyev), Qoşqar Narqabilin “Rəis və beş dul qadın” (Quruluşçu rejissor Nicat Mirzəzadə) və U.Şeksprin “Kral Lir” (Quruluşçu rejissor Elvin Mirzəyev) əsərlərinin yaranmış vəziyyətə görə dayandırılmış məşqləri aprelin 18-dən “Zoom” proqramı vasitəsilə davam etdirilir.

Geri dön