Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İftixar Piriyev: Yeni həyat prinsipləri ilə yaşamaq əzmi
İftixar Piriyev: Yeni həyat prinsipləri ilə yaşamaq əzmi |
Əziz həmvətənlərim, bir insan olaraq məni narahat edən odur ki, düşdüyümüz vəziyyətdən bütün mənalarda tam və az ziyanla çıxmaq üçün tələb olunan qaydalara sanki gərəyincə əməl etmirik. Ölkə rəhbərinin qayğıları və mücadilələri fonunda bizim həmrəyliyimiz nə qədər yüksək olsa da, öz sağlamlığımıza laqeyd münasibətlə yanaşırıq.
Bu fikirləri Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev söyləyib. Bildirib ki, son günlər müşahidə olunan mənzərə budur ki, sanki pandemiya təhlükəsi ötüşməkdədir. İnsanlarımız artıq cana doyduqları bu bəladan tam olaraq qurtardığımıza inanırlar. İnam hissinin nə qədər vacib olmasına baxmayaraq, real vəziyyəti də mütləq dəyərləndirmək gərəkdir. Heç şübhəsiz ki, bütün insanlar yenidən əvvəlki həyat tərzinə dönmək, yenidən qaynar dinamikanın yaranmasını təmin etmək və yüksək əhval-ruhiyyə ilə çalışmaq, sağlam həyat yaşamaq niyyətindədirlər. Bu təbii duyğular, ruh yüksəkliyi verən amillər insanı yaşadan xüsusiyyətlərdir və önəmlidir: “Lakin unutmaq lazım deyil ki, COVID-19 pandemiyasının təkanları hələ də davam etməkdədir. Bu məkrli bəlanın ikinci dalğasının gəlmə ehtimalı da mümkündür. Odur ki, vəziyyəti qismən yüngülləşdirməyə, iş ahənginin nisbətən öz məcrasına düşməsinə çalışmaq lazım olduğunu zəruri hesab etdiyim kimi, eyni zamanda, hər bir fövqəladə vəziyyətin yarana biləcəyini unutmamağa əsasımız olduğunu da zənn edirəm. Hazırkı mənzərənin və nisbətən yüngülləşmənin tələbləri ilə iş rejimimizi, həyat ahəngimizi normallaşdırmağa əlbəttə ki, çalışmalıyıq və yaranacaq hər bir təhlükənin meydan açmaması üçün tələb olunan qaydaların yerinə yetirilməsini də diqqətdən qaçırmamalıyıq. Orta hədd tutaraq və qaydalara əməl edərək həyatımızı yaşamalıyıq. Bu yeni həyat prinsiplərinə uyğunlaşmalı və yeni həyat prinsipləri əzmimizi möhkəmləndirməliyik. Bunun üçün bir müddət maskaların taxılması, ara məsafələrin saxlanılması, gigiyenik qaydalara əməl olunması, insanların bir-biri ilə ünsiyyətində görüş qaydalarına riayət etmələri vacibdir. İnanıram ki, biz – insanlar dünyanın düzənini tənzimləyə biləcək və insanlığın xilasını təmin edəcəyik. Bu müqəddəs hisslərlə bütün bəşəriyyətə, eyni zamanda xalqımıza, millətimizə, dövlətimizə və öndərlərimizə sağlam həyat arzulayıram!” Geri dön |