Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Həmədanda spirtdən zəhərlənənlərin sayı 65 nəfərə çatıb”
İran rəsmisi: “Həmədanda spirtdən zəhərlənənlərin sayı 65 nəfərə çatıb” |
İranın Həmədan əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 65 nəfərə çatıb.
Bu barədə, Həmədan Tibb Elmləri Universitetinin rəsmisi Həbibulla Məsumi aprelin 30-da mediaya açıqlamasında məlumat yayıb. O deyib ki, son iki ay ərzində Həmədan əyalətində koronavirusdan qorunmaq üçün spirtli içkilərə üz tutanlardan bəziləri görmə qabiliyyətini itiriblər: “Saxta spirtdən zəhərlənən 65 xəstədən 61-i müalicə aldıqdan sonra artıq evə buraxılıblar. Onların əksəriyyəti “etanol”dan, bəziləri isə “metanol”dan zəhərlənmişdilər. Təəssüflər olsun ki, saxta spirtdən zəhərlənən həmin xəstələrdən 4-ü həyatını itirib. Bir daha bildiririk ki, spirt koronavirusa yoluxmanın qarşısını almır və insanların bəzi sui-istifadəçi işbazların yalan təbliğatına uyub spirtə üz tutması səhv addımdır” -deyə, Həmədan Tibb Elmləri Universitetinin rəsmisi Həbibulla Məsumi əlavə edib. Qeyd edək ki, son iki ay ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 760-dən çox insan həyatını itirib, minlərlə insan isə xəstəxanalara düşüb. Geri dön |