Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Amerika İrana bağı olan şirkətə embarqo qoyur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Amerika İrana bağı olan şirkətə embarqo qoyur”

“Amerika İrana bağı olan şirkətə embarqo qoyur”


“Amerika İrana bağı olan şirkətə embarqo qoyur”

Amerika Iraq əsilli İran vətəndaşı olan iş adamına aid mədənçilik şirkətə embarqo tətbiq edib. Amir Dianat, İranın İnqilab Mühafizlərınə bağlı olan Qudüs Gücünə, qadağan edilmiş gəlir əldə etməkdə yardım edib. Eyni zamanda ölkə xaricinə silah qaçırmaqda rol oynayıb. Amerikanın maliyyə nazirliyinin açıqlamasına görə,Amir Dianat, Qüds Gücünün qaçaqmalçılıq əməliyyatlarına illər boyu dəstək verib. Bu əməliyatlar arasınd, İrandan Yəmənə raket kimi ağır silahları qaçırmaq cəhdlərinin olduğu da deyilir. Embarqolara görə adı çəkilən şirkətin Amerikadakı hesabları dondurulur, eyni zamanda Amerika şirkətləri ilə əməkdaşlığı da qadağan edilir. Amerikanın Maliyyə naziri Steven Mnuchin, açığlamasında bunları deyib. “İran rejimi və tərəfdarları,beynəlxalq terror təşkilatlarına maliyyə dəstəyi etməyi, İran xalqına yardım etməkdən vacib bilir”.Sitatın sonu. Amerkanın Ədliyyə nazirliyi də Dianat şirkətinə və onun şəriki olan Kamran Lajmiri əleyhinə embarqo və çirkli pulları yuma maddəsi ilə cinayət işi açıb. Cinayət işində terror təşkilatınna dəstək olduqları üçün 12 milyon dollar vəsaitə həbs qoyulması tələb olunub. Amerikanın Ədliyyə Nazirliyinin aşıqlamasına görə , bu rəqəm, Quds Gücüylə əlaqəsi olan şirkətə qoyulan ən böyük miqdardır. Dianat və Lajmirinin günahları sübut ediləsə onları 20 il həbs gözləyir. Sənədə görə, hər iki şəxs 2019-da, Amerikanın qara siyahısında olan Beynəlxalq İran Petrol, İran Tanker Şirkətlərinə və Qüds Gücü üçün tanker almaqda kömək ediblər. Amerikanın Ədliyyə Nazirliyinin rəsmisi John Demers bunları deyib. ‘‘Bu insanlar , Amerikanın qanunlarını tapdayaraq və Amerika embarqolarını heç sayaraq 10 milyon dollar dəyəri olan tankeri satın alıblar.” Sitatın sonu. Xatırladaq ki, Dövlət Departamenti də dünyanın təhlükəsizliyi üçün dünya birliyini İrana etiraz etməyə çağırmışdı. Amerikanın xarici siyasətini müəyyən edən rəsmilər hesab edirlər ki, oktyabrda bitməsi gözlənilən embarqolar, İrana yenidən tətbiq olunmalıdır. Amerikanın dövlət katibi Mayk Pompeo, İranın terror təşkilatlarını maliyyələsdirən bir nömrəli dövlət olduğunu vurğulayır. Məhz bu səbəblə o, İrana silah satışı dayandırılmalıdır deyir. Amerika həm də Avropa Birliyini İranın nüvə proqramında adı keçən insanlara sanksiya qoymağa cağırır. Dövlət katibi Pompeo deyir ki, İran hakimiyyəti sadə vətəndaşlarının coronovirusla mücadiləsində ölümlərinə göz yumur, onlara maliyyə xərcləmir əvəzində isə terror təşkilatlarına dəstək olur.

Geri dön