Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb


Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 167 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 2868 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1444 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1013 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 105 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 798 nəfər tam sağalaraq evə buraxılıb.





Şərqi Azərbaycan əyalətində isə aprel 29 tarixində verilən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 362 nəfərə, xəstəliyə yoluxanların sayı 4628 nəfərə çatıb.





Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

Geri dön