Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb
Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb |
İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 382 nəfər olub.
Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi ötən günlərdə daha 20 nəfərin koronavirus infeksiyasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə, Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı isə 4856 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş da son 24 saatda daha yeddi nəfərin koronavirusa yoluxduğunu, infeksiyadan əziyyət çəkənlərin ümumi sayının 1020 nəfərə çatdığını bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 108 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 803 nəfər tam sağalaraq evə buraxılıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 169 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 51 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1450 nəfərinin sağaldığını qeyd edib. Həmədan əyalətində də səhiyyə rəsmiləri xəstəliklə bağlı rəqəmləri açıqlamağı uzun müddət dayandırdıqdan sonra yeni statistika verib. Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 847, infeksiyadan ölənlərin sayının 90 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 704 nəfər tam sağalaraq evlərinə göndərilib. Güney Azərbaycanın Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları hələ də pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir. Geri dön |