Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə


Təhsil imkanları acınacaqlı vəziyyətdə olan Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin təhsil direktoru vəzifəsini qorumaq üçün Tehrandakı müdirlərinə hədiyyə göndərib.





Durnanews xəbər saytının verdiyi məlumata görə, Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi əyalətin təhsil büdcəsindən Tehran müdirlərinə püstə hədiyyə etdiyini təsdiqləyib.





Məlumata görə, fövqəladə və təcili ödənişlər üçün nəzərdə tutulan büdcə hesabına alınan hədiyyənin tam rəqəmini açıqlamayan Məhəmmədi bunu “müvəqqəti vəsait köçürməsi” adlandırıb.





Məsələ ilə bağlı araşdırma aparan nəzarət qurumlarına da açıqlama verdiyini bildirən Məhəmmədi əlavə edib ki, “bu müvəqqəti vəsait köçürməsinin düzgün olmadığını qəbul etdik”.





O həmçinin, bunun təhsil büdcəsinə ciddi ziyan vurmadığını, tələbələr üçün nəzərdə tutulmuş maddi vəsaitin xərclənmədiyini iddia edib.





İranda Püstə bahalı və lüks məhsuldur. Məsələni araşdıran bəzi jurnalistlərin fikrincə, yoxsul azərbaycanlı şagirdlərin hesabına Tehran müdirlərinə hədiyyə göndərmək direktorluq vəzifəsinin davam etdirilməsini sığortalamaq məqsədini daşıyır.





İran rəsmilərinin açıqlamasına görə, Qərbi Azərbaycan adambaşına düşən dərs otağı siyahısında son dörd əyalətdən biridir. Əyalətin təcili olaraq 8 min dərs otağına ehtiyacı var.





Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

Geri dön