Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, İqtisadiyyat > İslam İnkişaf Bankı İrana kredit ayırıb
İslam İnkişaf Bankı İrana kredit ayırıb |
İslam İnkişaf Bankı koronavirusla mübarizəni davam etdirmək üçün İrana 23 milyon avro kredit ayırıb.
Bu barədə məlumat İranın Maliyyə Nazirliyi tərəfindən verilib. Tehran Tibb Universitetinin rektor müavini Mahmud Biqdeli bildirib ki, bu vəsait “Şəriəti” xəstəxanasına müasir tibbi avadanlıqların alınmasına yönəldiləcək. Bu xəstəxana İranın ən böyük tibb müəssisidir. Bankın nümayəndəsi bir neçə dəfə xəstəxananın tikintisi ilə maraqlanıb və müasir standartlara cavab verdiyini bildirib. M.Biqdeli deyib ki, gələn ilin martında “Şəriəti” xəstəxanası istifadəyə veriləcək. Qeyd edək ki, İran Beynəlxalq Valyuta Fondundan (IMF) da 5 milyard dollar kredit almaq üçün müraciət etmişdi. Lakin bank bildirib ki, İranın sorğusunu dəyərləndirmək üçün zamana ehtiyacı var. Lakin fondun bu açıqlaması İranda birmənalı qəbul edilməyib. İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, fonda İrana kredit ayırmasın deyə təzyiq göstərilir. İran mətbuatı yazır ki, ABŞ qarşı təzyiqləri davam etdirərək BVF-nin rəsmi Tehrana kredit ayırmasına imkan verməyəcək. Geri dön |