Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail qərıcıları Hələbdə Suriya və İranın raket araşdırmalar mərkəzini bombardman edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hərb > İsrail qərıcıları Hələbdə Suriya və İranın raket araşdırmalar mərkəzini bombardman edib

İsrail qərıcıları Hələbdə Suriya və İranın raket araşdırmalar mərkəzini bombardman edib


İsrail qərəcıları mayın 4-ü axşam saatlarında Suriya və İranın Hələb şəhərindəki raket araşdırmalar mərkəzini bombardman edib.



Bəzi mənbələrin “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” agentliklərinə bildirdiyinə görə, hava hücumunda İsrail qırıcıları Suriya rejimi ilə İranın birgə idarə etdiyi həmin mərkəzə 12 raket zərbəsi endirib.



Suriya İnsan Haqları Monitorinq Qrupu isə hücumla bağlı bəyanat yayaraq, bildirib ki, İsrail qırıcılarının hava hücumunda, Hələbin şərqində yerləşən Suriya və İranın yarı hərbçi qüvvələri və onların mövqeləri hədəfə alınıb.



Bildirilir ki, raket zərbələri nəticəsində Hələbin “Əl-Səfirə” məntəqəsindəki “müdafiə sexlər”i, eləcə də İranla Suriya rejimlərinin silah-sursat anbarlarını məhv edilib.



Hücumda Suriya və İran qüvvələrinin mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İsrail son iki həftə ərzində Suriyada "Sepah" terror təşkilatına və “Hizbullah”a məxsus hərbi mövqelərə 4-cü dəfə hava hücumu edib. İsrail ordusunun aprelin 26-da Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində "Sepah” terror təşkilatının 4 muzduru və 3 Suriya rejiminin hərbçisi həlak olub.

Geri dön