Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Türkiyə və Asiya ölkələri ilə ticari əlaqələri əhəmiyyətli dərəcədə azalıb
İranın Türkiyə və Asiya ölkələri ilə ticari əlaqələri əhəmiyyətli dərəcədə azalıb |
İranın əsas ticari tərəfdaşları olan Türkiyə və Asiya ölkələri ilə iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə azalıb.
Türkiyə və Asiya ölkələrinin yaydıqları gömrük məlumatları həmin ölkələrin 2020-ci ilin ilk 3 ayı ərzində İrana etdikləri ixracatın həcminin idxalatdan dəfələrlə yüksək olduğunu göstərir. Bununla da, ilk dəfə olaraq, İranın bu ölkələrin hamısı ilə olan ticari əlaqələrinin balansı pozulub. Bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu 2020-ci ildə İranın neft və qeyri-neft məhsullarının, eləcə də xaricə satdığı xidmətin ümumi dəyərinin keçən ilə nisbətən təxminən 20% azalmaqla, 46 milyard dollar təşkil edəcəyini proqnozlaşdırmışdı. İdxalatın həcminin isə 64 milyard dollar olacağı təxmin edilmişdi. Lakin İranın sözügedən ticari tərəfdaşlarının gömrük orqanlarının paylaşdıqları statistikalar vəziyyətin BVF-nın proqnozundan da ağır olduğunu nümayiş etdirir. Belə ki, Türkiyə Mərkəzi Statistikasının ötən gün yaydığı hesabatda ilk 3 ay ərzində İrandan idxalatı keçən ilin oxşar dövrü ilə müqayisədə 6 dəfə azalaraq, 282 milyon dollara qədər enib. Bu rəqəm təkcə mart ayı ərzində 33 milyon dollar civarında olub, hansı ki, bu, 2019-cu ilin mart ayı ilə müqayisədə 19 dəfə azalmanın olduğunu göstərir. Türkiyənin qeyd edilən dövr ərzində İrana etdiyi ixracatın həcmi isə təqribən yarıya qədər enərək, 451 milyon dollar təşkil edib. İxracat da mart ayı ərzində 6 dəfə azalmaqla, ümumilikdə 47 milyon dollar olub. İranın digər ticari tərəfdaşları olan Yaponiya, Cənubi Koreya, Çin, Hindistan və digər ölkələrin də yaydıqları gömrük statistikalarında vəziyyət ürəkaçan deyil. Geri dön |