Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə daha bir tarixi abidə yararsız vəziyyətə salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə daha bir tarixi abidə yararsız vəziyyətə salınıb

Təbrizdə daha bir tarixi abidə yararsız vəziyyətə salınıb


Güney Azərbaycanın Təbriz şəhərində Qacarlar dövrünə aid olan “Babaxan Evi” bələdiyyə tərəfindən yararsız vəziyyətə salınıb.





Məlumata görə, abidənin dağıdılması ilə bağlı xəbər sosial mediada yayıldıqdan sonra Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavini inşaat işləri aparılan yerə gedib və abidənin sökülməsi müvəqqəti olaraq dayandırılıb.





İranın “İSNA” xəbər agentliyinə verdiyi müsahibədə Əlirza Quçi “Təbriz bələdiyyəsinin sözügedən ərazidə apardığı inşaat işləri ilə bağlı Mədəni Miras, Əl İşləri və Turizm idarəsindən hər hansı bir sorğu keçirmədiyini” bildirib.





Təbrizin Camışavan məhəlləsində, Babaxan döngəsində yerləşən tarixi abidənin girəcək hissəsi 2008-ci ildə 22850 nömrəsi ilə ölkənin milli abidələr siyahısında qeydə alınıb.





Vaxtilə Qarabağdan Təbrizə köçdüyü deyilən Babaxanın evi təxminən 160 il öncə tikilib. Hazırda abidə acınacaqlı vəziyyətdədir və ön divarının bəzi hissələri uçub.





Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Halbuki, Fars bölgələrində isə bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.

Geri dön