Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Karantin rejiminin pozulmasına görə bu günədək 49 mindən çox hərəkət iştirakçısı cərimələnib
Karantin rejiminin pozulmasına görə bu günədək 49 mindən çox hərəkət iştirakçısı cərimələnib |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 6-da saat 00:00-dan mayın 7-də saat 00:00-dək olan müddətdə DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 6-da saat 00:00-dan mayın 7-də saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 min 1 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub. Geri dön |