Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı 32% artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı 32% artıb

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı 32% artıb


Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində keçən il baş vermiş iş qəzaları nəticəsində 96 işçi canını itirib.





Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin direktoru Əli Səfayifərdin bildirdiyinə görə, əyalətdə iş qəzalarında ölənlərin sayı öncəki ilə müqayisədə 32 faiz artıb.





O əlavə edib ki, ölənlərin 47 faizi yüksəklikdən yıxılaraq, 32 faizi sərt kütlənin zərbəsi nəticəsində, doqquz faizi elektrik vurması, altı faizi isə yanğın səbəbilə həyatlarını itirib.





Ölənlərdən birinin qadın olduğunu bildirən Səfayifərd həmçinin qeyd ki, bu müddətdə iş qəzalarında xəsarət alan 1325 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət edib.





Keçən ilin statistikasına əsasən, İranda düzgün iş qanunlarının olmaması və müvəqqəti müqavilələr üzündən 3 milyon 500 min işçi ən aşağı maaşlarla sığortasız işləyir.

Geri dön