Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəni kim vurur, niyə vurur?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türkiyəni kim vurur, niyə vurur?

Türkiyəni kim vurur, niyə vurur?


Seymur Abbas

“Heç vaxt AKP-nin Suriya xalqına və bütün region xalqlarına etdiyi xəyanətin hesabını Türkiyəyə ödətməyi düşünməmişik”
Suriya böhranı artıq ikinci ildir ki, davam etməkdədir.


Bəşər Əsədin xaricdən çox güclü partnyorları tərəfindən dəsdəklənməsi, bundan da önəmlisi isə bir çağırışı ilə 15 milyon Suriya vətəndaşını bir neçə saat ərzində hakimiyyətə dəsdək nümayişi üçün meydanlara, küçələrə toplaya bilməsi ölkə daxilində olduqca güclü dayaqları olduğunu göstərdi və bu çoxlarının yanılqıya uğramasına səbəb oldu.

Bəziləri Əsədin də digər Qərb maşası olan ərəb diktatorlarından biri olduğunu düşünürdü, amma Suriya geçəkləri bunun əksini sübut etdi.

Belə olan halda Qərb digər müxtəlif variantlara əl atdı: informasiya müharibəsi, suriyalı müxaliflərə təlim keçmək, xaricdən terrorçu daşıyıb Suriyanı viran etmək, dinc əhaliyə qorxu yaşatmaq, kütləvi qətliamlar törədib bunu Əsədin etdiyini demək vs.

Amma Əsədin nə qədər möhkəm olduğunu anladıqdan sonra ola bilsin belə qərara gəldilər ki, ən yaxşısı elə Suriyanı Türkiyə ordusu ilə müharibəyə çəkmək, zəiflədib çökdürməkdir. Türkiyədə əsas söz sahibi olan Ərdoğan üçün isə bu problem deyil. Suriya ordusu ilə döyüşə girəcək türk əsgərləri ölürsə ölsün, onun övladı ölməyəcəkki. Axı Ərdoğanın iki oğlundan biri xərçəng xəstəsi diaqnozu ilə orduya yararsız hesab olunub.(Deyəsən bu xərçəng xəstəliyi qocalana qədər onunla qalacaq, amma öldürməyəcək. Bu da xərçəngin yeni növüdür ola bilsin) İkinci oğlu isə cəmi iki ay hərbi hissənin qərargahında veyillənib, sonra isə müəyyən məbləğ müqabilində alternativ xidmətdən istifadə edərək qaçıb tez atasının baş nazir olduqdan sonra onun üçün ABŞ-da qurduğu şirkətə rəhbərlik etməyə.

Hə, Ərdoğan ailəsinin biznesi başqa bir mövzudur, biz qayıdaq Türkiyəni Suriya ilə müharibəyə sürükləyəcək qərara. Bu qərar üçün də bir bəhanə lazım idi axı.

Ərdoğan üçün o da problem deyil, hətta inandırıcı olmaq üçün qardaş Türkiyə xalqının canı bahasına olsa belə. Təki Hillari bacısı onu görəndə hirslənib dodağını gəmirməsin, diş ağardsın.

Nəhayət bəhanə. Türkiyənin Şanlıurfa vilayətinin Akçakale kəndinə top mərmiləri düşdü və 5 Türkiyə vətəndaşı öldü. Bundan iki gün sonra isə Hatay vilayətinin Yayladağı nahiyəsinin Aşağı PulluYazı kəndində boş əraziyə bir top mərmisinin düşdüyü bildirildi.

Turkiyə hökuməti deyir ki, Suriyadan bizə atəş açılan məntəqələri təsbit etmişik və həmin hədəfləri məhv etmişik.

Bu nə qədər doğrudur?

Əvvəlcə biraz aydınlıq gətirim ki, hamı başa düşsün. 5 nəfərin öldüyü mərmi düşən ərazi Türkiyənin Şanlıurfa vilayətinin Akçakale məntəqəsidir, digər mərmi isə Hatayın Aşağı Pullu Yazı kəndində boş əraziyə düşüb. Türkiyə ordusunun vurduğu ərazi isə Suriyanın İdlib şəhəri yaxınlığındakı hərbi məntəqədir.

Nəzərə alsaq ki, Tükiyə ərazisinə düşən mərmilər 120 mm-lik top(minomyot) mərmiləri olub, onda deməli atəş Suriyanın Türkiyə sərhədinə yaxın ərazisindən açılıb, İdlibdən yox. Hərbi xidməti cəbhə bölgəsində minaatan batareyada keçən biri kimi dəqiq deyə bilərəm ki, bu minaatanların mərmiləri 5000 m-dək məfəni azca keçə bilir.

İdlib şəhəri ilə Hataydakı ərazi arasındakı məsafə 10 km-dən çoxdur və minomyot o məsafəni vura bilmir. Akçakale ilə uzaqlıq isə bundan qatqat çoxdur.
Belə olan halda yeni suallar meydana çıxır. Məsələn, bəs onda Akçakaledeki Türkiyə vətəndaşlarını kim bombalayıb?

Nəzərə alsaq ki, Suriyanın Şanlıurfa ilə sərhədyanı bölgəsi və bu bölgədəki əsas məntəqələr olan Maşrəfah, Carablus, Zur Məar, Eyn əl Ərəb, Təl Əbiad halhazırda Suriyanın muxaliflərinin nəzarətindədir və həmin minomyot mərmiləri yalnız bu ərazilərdən atılsa Akçakaleye düşə bilər, deməli Türkiyə vətəndaşlarını kim vurub?
Həmçinin Hataya düşən mərmi də Suriyanın Əl Naciyə, Bdama, Eyn əl Əcra, Kasab, Nab Aain, Əz Zauf, Milənd, Cənudiyə, Kaur Küy məntəqələrindən atılarsa Türkiyə sərhədini keçə bilər. Bu məntəqələlər də hələlik silahlı müxalif qrupların əlindədir(əsasən Azad Suriya Ordusunun)

Yaxşı bəs Türkiyə vətəndaşlarının ölümünə səbəb olan mərmilərin atıldığı həmin əraziyə nəzarət edən Suriyanın müxaliflərinə tez daşına bilən həmin minomyotları kim verir?

R.T.Ərdoğanın bu sözlərini yada salaq:”Suriyada hakimiyyətlə döyüşən qəhrəman mücahid qardaşlarımıza salam göndərir və onlara hər cür dəstəyi verəcəyimizi bildirirəm” Bax Ərdoğanın o qəhraman “mücahid qardaşları”dır Suriyadan Türkiyəyə atəş açılan həmin ərazilərdə terror səmumu əsdirən.

Belə bir sual da yaranır ki, yaxşı bəs onda AKP niyə bütün bunları araşdırmadan tələmtələsik TBMM-nin növbədənkənar iclasını keçirdi və tezkere (sərhəddənkənar hərbi əməliyyatlara icazə verən qərar) qəbul etdi?

Cavab budur ki, AKP hökumətinə Suriyaya müdaxilə üçün bəhanə lazımdır, vətəndaşın kim tərəfindən öldürülməsini araşdırmaq yox.

Hələ bilmək olmaz ki, o “mücahidlər” Türkiyə ərazisini bombalamaq üçün göstərişi hansı “böyük qardaş”larından alıb, okeanın o tayından, Avropadan, Səudiyyədən, Qətərdən, yoxsa elə ən böyük dəsdəkçilərindən olan Ərdoğandan? Deməyin ki, o qədədər də olmaz. Olar, olar. Hitlerin təbliğat naziri Göbbelsin də dediyi kimi, “Fırıldağı elə dəhşətli etmək lazımdır ki, insanlar desinlər ki, bu qədər də olmaz.”

Bax belə. İndi Türkiyənin sərhədboyu ərazilərdəki hərbi eşalonu döyüş üçün hazır vəziyyətə gətirilib. Minaatan batareyalar isə vaxtaşırı olaraq Suriya ordusunun mövqelərin atəşə tutur. Bununla da Suriya ordusu tərəfindən ardıcıl məğlubiyyətlərə uğrayan terror qrupları üçün artileriya vəzifəsin yerinə yetirir.
AKP-nin hər gün yeni bir böhtanla ləkələyib lənətlədiyi Bəşər Əsəd hakimiyyəti isə dost və qonşu Türkiyə ilə müharibəyə getməmək üçün əindən gələni edir, səbrli davranır, hətta ölən Türkiyə vətəndaşlarını şəhid adlandırır və yaxınlarına başsağlığı verir, məsələni araşdırdığını bildirir.

Bəşər Əsəd Türkiyə barəsində mövqeyini son müsahibəsində açıq şəkildə deyib: “Biz bir dəstə Amerikan imperializminin maraqlarına xidmət edən guruha görə bütün Türkiyə xalqını düşmən hesab edə bilmərik. Türkiyə xalqını hər zaman olduğu kimi öz yaxınımız, dostumuz, qardaşlarımız bilirik. Heç vaxt AKP-nin Suriya xalqına və bütün region xalqlarına etdiyi xəyanətin hesabını Türkiyəyə ödətməyi düşünməmişik. Suriyalıların mövqeyi Türkiyə xalqının mövqeyi ilə birdir, hər ikimiz sülh, əminəmanlıq, dostluq tərəfdarıyıq, hər ikimiz xarici qüvvələr olmadan məsələlərimizi öz aramızda həll etmək istəyirik və biz bunun iqtidarındayıq.”

Geri dön