Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda koronavirusa yoluxanların sayı 103 minə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda koronavirusa yoluxanların sayı 103 minə çatıb

İranda koronavirusa yoluxanların sayı 103 minə çatıb


Mayın 7-nə olan məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 103 minə çatıb.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

Onun sözlərinə görə, son 24 saat ərzində 1485 nəfər virusa yoluxub, 68 nəfər isə həyatını itirib. Beləliklə, İranda virusa yoluxanların ümumi sayı 103 min 135 nəfərə, ölənlərin sayı isə 6486 çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alanlardan 82 min 744 nəfər sağalaraq evə buraxılıb. Müalicə alan 2787 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Təhsil və Elm Nazirliyi açıqlama verərək bildirib ki, ölkədəki universitetlər dünyanın bir sıra ölkələrinin tibbi araşdırma mərkəzləri ilə korovavirusa qarşı vaksinin tapılması istiqamətində əməkdaşlıq əlaqələrini davam etdirirlər. Türkiyə, Fransa, Almaniya, Rusiya, Yaponiya, Çin, Polşa və digər ölkələrin elmi mərkəzləri ilə İran universitetləri və tibbi araşdırma mərkəzləri arasında elmi yazışmalar aparılır.

Geri dön