Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Biz mütləq qayıdacağıq! (esse)
Biz mütləq qayıdacağıq! (esse) |
Sahibsiz olan məmləkətin batması haqdır
Sən sahib olarsan o vətən batmayacaqdır. M.A.Ersoy Hələ məktəb illərindən yazdığımız inşaların çoxu “Hardan başlanır vətən?” başlığı ilə başlayardı. Mövzu nə qədər çox işlənsə belə hər zaman düşündüyümüz, heç bir zaman aktuallığını itirməyərək insan şüurunda yaşayır. Kiçik yaşlarından böyüklərimizdən doğulduğumuz yerin vətən olduğunu öyrnəmişik. Vətən haqqında düşünəndə yadıma uşaqlığım düşür. O zaman mən çox kiçik idim, cəmi üç yaşım var idi. Şuşada yerləşən həyətmiz, sanki cənnəti xatırladırdı. Mənimçün dünyanın sərhədləri həyətimizin çəpərləri ilə bitirdi. Anam, atam və qardaşlarımla birgə bu cənnət-məkanda yaşayırdıq. Evimizin yanında bir təpəcik var idi. Tək arzum məhz o təpənin zirvəsinə qalxmaq, bizdən irəlidə olanları görmək idi. Lakin təpəyə qalxmaq cəhdlərim hər dəfə boşa çıxırdı. Çıxmaq istəyərkən anam məni görər və var gücü ilə arxamca “qalxma oğlum yıxılarsan.” -deyərək geri səsləyərdi. Beləliklə cəhdlərimi puça çıxarardı. Uşaq ağılı ilə təpənin qalxdığımda yeni dünyanı, cənnəti kəşf edəcəyimi xəyal edirdim. Əslində mənim uşaq xəyalımın həqiqət olduğunu çox sonralar oxuyacağım tarix kitabları öyrədəcəkdi. Lakin o zaman mən bunları düşünməyəcək qədər kiçikdim. Amma nə atam, nə də anam bu arzuyla yaşamırdılar. Bəlkə də yaşadıqları arzunu ifadə etməkdən qorxurdular.Görəsən atam xəritədə belə olsa İrəvanı görməmişdimi? Bəlkə utandığından, bir zaman qaçaraq oranı tərk etdiyinə görə mənə demirdi. Beləliklə mənim dəflərlə etdiyim cəhdlər anamın ucabatından uğursuz oldu. Mənim təpəmi kəşf etmək və irəliyə getmək arzualarım elə arzu olaraq qaldı. Son gün…. Bu günə qədər yadımdadı. Yenə sevimli təpəciyimə dırmanaraq öz dünyamı kəşf etməyə, arzularıma doğru getməyə çalışırdım. Ətrafda səs-küy idi. Səs-küydə anamın da başı yaman qarışmışdı. Bu dəfə daha irəli gedib daha yüksəyə dırmaşdım. Zirvəyə çox az qalmışdı. Çatmağa az qalmış anamın səsini eşitdim. Bir anlıq heçnə eşitmirmiş kimi qalxmağa davam etdim. Lakin anamın hıçqırıq səsləri məni saxladı. Sanki əl-ayağım bir anlığa dondu. Nədənsə bu səs əvvəlki çağırışları qədər acıqlı və iradəli deyildi. Anamın səsində kövrəklik, məğlubiyyətin acı ifadəsi duyulurdu. Bu mənim son cəhdim oldu….. Sonra biz Bakıya köçdük. Uşaq vaxtı mənə deyilən “qaçqın” sözünün status mahiyyətini də böyüyəndən sonra anlayacaqdım. Mən öz təpəmi tərk etmişdim, qaçmışdım. Babalarımın sözünü unudub, atalarımın sözünə qulaq asmışdım. O atalarım ki, bir zamanlar Təbrizi, İrəvanı, Dərbəndi, Borçalını tərk etmişdi. Axı babalarımız Atilla, Çingiz xan, Əmir teymur, Şah İsmayıl bizə məğlub olmağı, qaçmağı öyrətməmişdi. Bəs atalarımız “qaçmaq” sözünü kimdən öyrəndilər? Öyrəndilərsə belə niyə babalarımızın sözlərini deyil, öz qondarma qaçmaq sözünü qulağımıza pıçıldadılar? Axı babalarımız həmin sözü yalnız düşmənlərindən bəhs edərkən söyləyərdilər. Mənim uşaq cəhdlərim də məhz babalarımdan mənə miras qalan qanımla, ruhumla bağlı idi. Hələ uşaq olsam da belə irəliyə getmək, yağını əzərək torpaqlarımızı geri qaytarmaq iddiası idi bu cəhdlər. Beynimdə suallarla böyüdüm. Oxuduğum tariximiz sanki dünyanın ən hündür dağ zirvəsinə qalxır və sonra enirmiş kimi xəyali bir cız çəkir gözümüzün önündə. Bu gün isə gözümüzün önündə canlanan xətlər xırda çökəklər və təpələrdən ibarətdir. Son 200 il şərəfli tarixlərimizin olmasına rəğmən yalnız torpaq itkiləri ilə keçib. Nə qədər qələbələr olsa da belə torpaq, yurd bizim şərəfimizdir. Nə qədər bizi sevindirsə də belə bu məğlubiyyətin yanında əldə edilən uğur təsəllidən başqa bir şey deyil. Artıq XXI əsrdə yürüyürük. Düşmənlərimiz həddindən artıq çox dostumuz isə həddindən artıq azdır. Tək güvənc və inam yerimiz yenə özümüzük. Ədalətsiz dünyada heç bir zaman əzilənin haqqı verilmir. Güclü olmasan bil ki, əziləcəksən. Güclü olaraq haqqımızı almalıyıq. Bunun zamanı çoxdan çatıb. Nə qədər üstümüzə caynaqları ilə yürüyüb bizi məğlubiyyətlə barışmağa, özümüzü, ruhumuzu, tariximizi unutdurmağa çalışsalar belə buna müvəffəq ola bilmədilər. İnanıram ki, heç bir zaman da ola bilməyəcəklər. Yenə Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlar yetişir və vətəni üçün şüurlu qəhrəmanlığa, ölümə belə gedir. Yenə İbad Hüseynov, Ramil Səfərov kimi yaşayan və öz əməlləri ilə bizə örnək olan igidlərimiz var. Demək hələ babalarımız ruhu bizdə yaşayır. Sadəcə mübarizə apararaq qələbə qazanmaq, 200 illik məğlubiyyət, torpaq itkisi kimi acı bir sindromu qırmaq lazımdır. Bir gün və inanıram ki, bu gün çox yaxındadır. Bir gün gələcək mən öz yurduma, öz tərk etdiyim təpəmə mütləq qayıdacam. Onun zirvəsinə üçrəngli Azərbaycan bayrağını asacam. Və tezliklə qələbə xəbəri bax elə bu cür təqdim olunacaq: Azərbaycan Dövlət Televiziyası işğal olunan torpaqlaımızda baş verən fövqaladə vəziyyətlə bağlı xüsusi buraxılışı, canlı yayımda Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin baş komandanı İlham Əliyev əhaliyə müraciət edir: “Mən Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin baş komandanı olaraq Azərbaycan xalqına müraciət edərək bildirirəm ki, Azərbaycanın erməni terrorçuları tərəfindən 20 ildən artıqdır ki, işğal altında saxladığı Qarabağ torpaqları Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirəm! “ Xocavənd Rayon İcra Hakimiyyətinin elan etdiyi «Yaddan çıxmaz Qarabağ» mövzusunda müsabiqəyə təqdim etmək üçün yazılmışdır. Geri dön |