Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > TƏBİB: Azərbaycanda koronaviruslu xəstələrin plazma müalicəsinə başlanılıb
TƏBİB: Azərbaycanda koronaviruslu xəstələrin plazma müalicəsinə başlanılıb |
Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib.
TƏBİB-dən verilən məlumata görə, iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə bir çox mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, artıq ölkədə ağır koronavirus xəstələrinin müalicəsi üçün “İmmun Plazma müalicəsi” metodunun tətbiq edilməsinə başlanılıb. İclasda koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsindəki elmi yeniliklər və ölkəmizdə tətbiqi ilə bağlı aparılan tibbi-elmi tədbirlərlə əlaqədar müxtəlif səpkili məsələlər müzakirə edilib. Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb. Geri dön |