Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanın yeni xarici siyasət kursu - Paşinyan Ermənistanı “dövlət saymayanlara” müharibə açdı...
Ermənistanın yeni xarici siyasət kursu - Paşinyan Ermənistanı “dövlət saymayanlara” müharibə açdı... |
Fərəc Quliyev: “Onların səsini kəsmək üçün həm rəsmi qurumlarımız, həm də siyasi partiyalarımız fəallaşmalıdır”
Ermənistan öz imkanlarını nümayiş etdirərək tamamilə yeni xarici siyasət konsepsiyası qurur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. “Artıq Ermənistan “üçüncü dərəcəli ölkə” statusu ilə barışmaq niyyətində deyil və özünü fikri ilə hesablaşmağın lazım gəldiyi dövlət kimi göstərəcək”- deyən erməni baş nazirin sözlərinə görə, hökumət Ermənistanın xarici tərəfdaşlarından analoji münasibət tələb edir, belə mövqenin müəyyən risqlər yaratdığını etiraf etsə də hökumət geri çəkilmək fikrində deyil:“Biz qərar verməliyik, başımızı əlimizlə örtməliyik ki, bizi vurmasınlar, yoxsa lazım olduğunda zərbəni qəbul edib, cavab zərbəsi endirməliyik”. Ermənistanın yeni xarici siyasət xətti yürütməyə imkanı varmı, yoxsa bu nəyəsə hesablanmış bir blefdir? Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə addımları atmaq üçün Ermənistanın imkanları sıfırın altındadır: “Azərbaycanın siyasi mühitində belə vəziyyət yaranıb ki, bəzi adamlar şəxsi mənafelərini milli mənafedən üstün tuturlar. Əsl həqiqətləri söyləmək istəmirlər. Ermənistanın arxasında dayanan qüvvələrin onlara verdiyi dəstəyin hesabına Paşinyan belə danışır. Bunların özü parazit olduğu kimi, siyasətləri də parazitdi. Hamı gözləyir ki, postpandemiya dönəmində yeniləşmə olacaq. Ermənistan düşünür ki, arxasında duran qüvvələr bölgədə yeni situasiya yarada bilər və həmin situasiyadan qabağa düşüb bəhrələnmək istəyir. Azərbaycan tərəfi bunun qarşısını almaq üçün ortaya konkret mövqe qoymalıdır. Bildirməlidir ki, pandemiyadan sonrakı dönəmdə biz status-kvo ilə razılaşmamalıyıq. Bəyan etmək lazımdır ki, Ermənistan kimi ölkələr virusdan da təhlükəlidir. Ermənistana qarşı fərqli mövqenin qoyulacağı nəzərə çatdırılmalıdır. Biz artıq bəyanatların, qətnamələrin icra mexanizminə çalışmalıyıq. Hətta yeri gəlsə bəyan etməliyik ki, biz də xarici siyasətimizə müəyyən korrektələr edə bilərik. Paşinyan arxayın olur ki, indiyə qədərki dönəmdə cəzasızlıq vardı. BMT və digər nüfuzlu qurumların bəyanatları həyata keçmir, bundan sonra status-kvonu saxlamaq üçün ortaya yeni bəhanə atır. Ermənistan düşünür ki, yeni dünya düzəni formalaşacaq və orda müharibəyə icazə verilməyəcək. Ermənistanda vəziyyət çox pisdir. Verilən bəyanat həm də daxili auditoriya üçün nəzərdə tutulub. Bildirmək istəyirlər ki, güya onlar nəinki vəziyyətdən çıxacaq, hətta dünyanın ən güclü dövlətləri sırasına daxil olacaqlar. Yeni dünya düzənində idarə edən və idarə olunan dövlətlərin sırası dəyişəcək. Bu təbiidir. Ermənistanın blefləri ona hesablanır ki, bunun fonunda önə çıxsın. Ermənistanda o potensial yoxdur. Onların səsini kəsmək üçün həm rəsmi qurumlarımız, həm də siyasi partiyalarımız fəallaşmalıdır. Xüsusilə də BMT-dən sərt şəkildə qətnamələrin icrasını tələb etməliyik. Ermənistana konkret zamanın verilməsini qarşıya qoymalıyıq. Bunları etməsək, Ermənistan öz parazit siyasətini davam etdirəcək”. Məhəmmədəli QƏRİBLİ Geri dön |