Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev “nəhayət bu işğala nöqtə qoyulmalıdır” bəyanatını verib
Fərəc Quliyev “nəhayət bu işğala nöqtə qoyulmalıdır” bəyanatını verib |
“Prezidentlə bir yerdə, iqtidarlı-müxalifətli hər kəs qara tarixləri, ağ tarixlərə çevirmək üçün mübarizə aparmalıdır”
Separatçı Ermənistanın Azərbaycanda apardığı işğalçılıq siyasəti 30 ildir davam edir. Düşmən demək olar ki, ilin bütün aylarında tariximizə bir işğal, faciə, bir soyqırım yarası vurub. Mayın 8-də erməni terroruna, təcavüzünə məruz qalan ərazilərimizdən biri də Şuşadır. Tarixi Azərbaycan şəhəri olan Şuşa 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal Azərbaycan üçün böyük bir faciə, bəşəriyyət üçün isə bir utancdır. İşğal nəticəsində, Şuşa şəhəri və 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Lakin hələ də beynəlxalq ictimaiyyət bu həqiqəti eşitmək istəmir. Beynəlxalq aləm regionda ədalətin bərqərar olunaraq, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı hər hansı ciddi addımlar atmır. Əksinə, işğal altında qalan torpaqlarda erməni əhalisi məskunlaşdırılır, tarixi mədəni abidələrimiz dağıdılır, hətta separatçı rejimə havadarları tərəfindən yardımlar da göndərilir. Bütün bunlar azmış kimi işğalçı adı ilə çağırılmır. Artıq 28 ildir ki, musiqi beşiyimiz Şuşa işğal olunub. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Bütün bu faktlar göz önündə. Azərbaycan cəmiyyəti dünyanın sərgilədiyi bu haqsızlığa kifayət qədər səbrlə yanaşdı. Artıq səbr etmək istəmir. Əgər danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, o zaman növbəti addımımız nə olmalıdır, haqqımızın tanınması, bərpası üçün nə etməliyik? Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, biz təqvimdə qara günlərimizin hüznlə xatırlatmalarına sona verməliyik. “Bu gün Şuşanın işğalı günüdür. Şuşada döyüşən, rəhmətə gedən insanları rəhmətlə anırıq. Milli düşərgədə yer alan və xalqına güvənən bütün qüvvələr, Prezidentlə bir yerdə, iqtidarlı-müxalifətli hər kəs, qara tarixləri, ağ tarixlərə çevirmək üçün mübarizə aparmalıdır”. F.Quliyev bu gün dünya siyasətində yeni bir dönəmin başladığını və bunun yeni siyasi redaktələri zəruri etdiyini bildirib. Partiya sədri hesab edir ki, yeni dönəmdəki siyasi gedişlər işğal faktının aradan qaldırılması üçün imkanlar yarada bilər. “Artıq bir çox dövlətlər “divar” siyasəti yürüdürlər. Yəni artıq milli dövlət problemlərini öz çərçivələrində, daha çox milli müstəvidə həll etməkdə maraqlıdırlar, qlobal siyasətdən çəkinirlər. Hətta Paşinyan da Ermənistanın öz siyasətinə yenidən baxacağını, yeni siyasət qurmaq fikrində olduqlarını bildirib. Artıq Azərbaycan tərəfi öz siyasətində yenilənmələr etməli, həm düşmənlərin davranışını, həm də postpandeniya dövründə baş verən yeni proseslərə uyğun hərəkət etmək üçün bir çox məsələyə yenidən baxmalıdır. Torpaqlarımızın hərblə azad olunması ilə bağlı beynəlxalq hüququn bizə qadağa qoymadığını deyən F.Quliyev, “nəhayət bu işğala nöqtə qoyulmalıdır” bəyanatını verib. ““Dünya yenilənir, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan dövlətlər indiyə qədər 30 milyarddan çox vəsaitimizi talayıblar. Erməni işğalı nəticəsində 1 milyon 200 mindən çox insanımız əmlakını itirib, məcburi qaçqın və köçkün ordusunu yaratmaqla Azərbaycana böyük bir zərbə vurulub. Doğrudur, torpaqların işğaldan azad olunması üçün bizim çox ciddi diplomatik hüquqi bazamız var. Biz haqlı tərəfik. Torpaqlarımızın işğaldan azad olunmasına dair BMT-nin 4 qətnaməsi, Qoşulmama Hərəkatının çağırşları, İslam Əməkdaşlıq Təşkilatının sənədləri ortadadır. Bu siyahını daha da uzatmaq olar. Azərbaycan hökuməti BMT nizamnaməsinin 7-ci bəndinin 45-48-ci paraqraflarına görə, artıq BMT-dən qətnamələrin həyata keçirilmə mexanizmini istəməlidir. BMT qarşısında tələb qoyulmalıdır ki, qətnamədə göstərilən bəndlərlə bağlı ölçü götürülsün və hərbi, ya da qeyri-hərbi sanksiyalarla Ermənistan ədalətli status-kvonun bərpasına məcbur edilsin. Əgər vasitəçilər, BMT bunu etməyəcəksə, o zaman Azərbayacan tərəfi öz konstitusya hüququndan istifadə edərək hərbi əməliyyatlar keçirib ərazi bütövlüyünü bərpa etməlidir”. T.Qafarlı Geri dön |