Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Alimlər isti havanın koronavirusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər
Alimlər isti havanın koronavirusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər |
Kanada və İsveçrə tədqiqatçılarından ibarət qrup isti hava şəraitinin koronavirus infeksiyasına təsirinə dair tədqiqat aparıblar.
Alimlər isti hava şəraitinin virusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər. Bunun üçün mart ayında temperaturu isti olan ərazilərlə soyuq iqlim qurşaqlarında infeksiyanın yayılma tempini araşdıran qrup isti havanın hansısa üstün cəhətə malik olmadığını müəyyən ediblər. Tədqiqatın əsas müəllifi Peter Yüni insanları yay fəsli ilə əlaqədar yanlış ümidlərə qapılmamağa çağırıb: “Əgər biz hesab etsək ki, isti hava virusa qarşı mübarizədə bizə kömək edəcək, o zaman biz ciddi əks-zərbə ilə qarşılaşa bilərik”. Toronto Universitetində epidemiologiya üzrə professor vəzifəsində çalışan alim qeyd edib ki, sosial məsafə qaydalarına riayət etmək hazırda virusa qarşı ən səmərəli vasitədir. Tədqiqatın digər müəllifi Bruno da Kosta isə qeyd edib ki, yay fəsli dünyanın şimal yarımkürəsində pandemiyanın yox olmasına aparıb çıxarmayacaq. O, ictimai səhiyyə tədbirlərinin tətbiq olunduğu regionlarda ən geci iki həftə sonra irəliləyişin müşahidə olunduğunu qeyd edib. Hava şəraiti ilə əlaqədar nəmişlik və ya yağıntının virusun yayılmasına təsiri də aşkar edilib. Müəyyən olunub ki, nəmişliyin yüksək olması havanın “yuyulmasına”, aerozolların havada qalmayaraq yerə enməsinə və virus partikllərinin nəm havada qeyri-sabit olmasına yol açır. Alimlər ictimaiyyət arasında koronavirus infeksiyasının qriplə bərabər tutulması və yay aylarında qrip kimi azalacağı fikrini də təkzib ediblər. Bildiriblər ki, insanların çoxunda qripə qarşı artıq qismən də olsa immunitet yaranıb və insanlara qripə qarşı peyvənd vurulduqda və ya onlar yenidən qripə yoluxduqda bədənin qripə qarşı immuniteti güclənir. Payız aylarında qripə yoluxma dalğası isə soyuq hava şəraiti ilə əlaqədar yeni qrip mutasiyalarından qaynaqlanır. Bunun əksinə olaraq isə koronavirusun bizim bədənimizə yol tapması üçün hansısa immunitet baryerini aşmağa və ya münbit şərtlər (hava şəraiti və s.) gözləməyə ehtiyacı yoxdur, çünki insan orqanizmində bu virusa qarşı hələ ki, immunitet yoxdur. Alimlər hazırkı şəraitdə sosial məsafə və ictimai səhiyyə tədbirlərinə ciddi şəkildə əməl edilməsinin koronavirus infeksiyasına qarşı ən uğurlu qorunma vasitəsi olduğunu vurğulayıblar. Geri dön |