Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə daha bir tarixi abidə dağıdılıb
Təbrizdə daha bir tarixi abidə dağıdılıb |
Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi “Ağa Nəqi hamamı” bələdiyyə tərəfindən dağıdılıb.
“Ağa Nəqi hamamı” Abbası Küçəsinin Tağyanı məntəqəsində tarixi “Rəbi-Rəşidi” elmi şəhərciyinin yanında yerləşirdi. Bəzi tədqiqatçılar hamamın İlxanilər dövləti dövründə, bəzilər isə təxminən 150 il öncə Qacarlardövründə tikildiyini bildirir. Məlumata görə, abidə şənbə günü, may 9-da Təbrizin bələdiyyə işçiləri tərəfindən ağır maşınlarla dağıdılıb. Qeyd edək ki, keçən həftə də Camışavan məhəlləsində yerləşən və Qacarlar dövrünə aid olan “Babaxan Evi” Təbriz bələdiyyəsi tərəfindən yararsız vəziyyətə salınıb. Abidənin dağıdılması ilə bağlı xəbər sosial mediada yayıldıqdan sonra Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavini inşaat işləri aparılan yerə gedib və abidənin sökülməsi müvəqqəti olaraq dayandırılıb. Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Halbuki, Fars bölgələrində isə bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir. Geri dön |