Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3261 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3261 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3261 nəfərə çatıb


Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 48 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3261 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1510 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 182 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1056 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha altı nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 110 nəfərə çatıb. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 863 nəfər tam sağalaraq evə buraxılıb.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan, Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.

Geri dön