Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Tehranda koronavirusun yüksək templə yayılma prosesi davam edir”
İran rəsmisi: “Tehranda koronavirusun yüksək templə yayılma prosesi davam edir” |
Tehranda Koronavirusu İdarəetmə Əməliyyat Komandanlığı Qərargahının proqramlaşdırma üzrə müavini Əli Mahir mayın 10-da dövlət radiosuna müsahibəsində paytaxtda pandemiyanın sürətlə yayılmasından danışıb.
Paytaxtda “Covid-19” xəstəliyinin yüksək templə yayıldığı bir vaxtda insanların qoyulan məhdudiyyətlərə riayət etməməsi barədə xəbərdarlıq edən Əli Mahir, Tehranda daha sərt karantin rejiminin tətbiq edilməsinin lazım olduğunu bildirib: “Təəssüflər olsun ki, edilən bütün xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar bu xəstəliyə ciddi yanaşmır, ona önəm vermirlər. Məhz həmin səbəbə görə də, hazırda yayılan statistikalar göstərir ki, koronavirus bir çox şəhərlərdə yenidən pik nöqtəsinə qayıtmaqdadır. Tehranda isə koronavirusun yüksək templə yayılma prosesi davam edir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün qoyulan məhdudiyyətlər, bəzi məkanlarda, o cümlədən də metoroda nəticə vermir. İnsanlar yenə bir-birinə sıx və çox yaxın məsafədən hərəkət edirlər. Vəziyyət heç də ürəkaçan deyil. Hazırkı durumu nəzərə alaraq, hesab edirəm ki, biz daha sərt karantin rejiminə keçməliyik. Bizim qərargah, xəstəliyin yayılmasının qarşısını almaq və onu nəzarətdə saxlamaq məqsədilə dövlət idarələrində iş saatlarının dəyişdirilməsi, onların yayğın iş rejiminə keçməsi barədə Tehran Şəhər Şurasını təklif irəli sürüb. Ümid edirik ki, şəhər şurası bizim bu təklifimizi qəbul edəcək. Çünki, təklifimiz yerinə yetiriləcəyi təqdirdə şübhəsiz ki, xəstəliyin azalmasına yardım edəcək. Hesab edirik ki, vətəndaşlar bu xəstəliyə bitmiş bir məsələ kimi baxmamalı, bacardıqları qədər qoyulan məhdudiyyətlərə riayət etməlidirlər. Əgər bütün insanlar maska taxıb sosial məsafəyə riayət etsələr, sizi əmin edirəm ki, heç kəs xəstəliyə yoluxmayacaq” -deyə, Tehranda Koronavirusu İdarəetmə Əməliyyat Komandanlığı Qərargahının proqramlaşdırma üzrə müavini Əli Mahir bəyan edib. Geri dön |