Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Mədəniyyət sahəsinə ayrılan pulların göyə sovrulması prezidentə və dövlətə xəyanətdir” - Partiya sədri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Mədəniyyət sahəsinə ayrılan pulların göyə sovrulması prezidentə və dövlətə xəyanətdir” - Partiya sədri

“Mədəniyyət sahəsinə ayrılan pulların göyə sovrulması prezidentə və dövlətə xəyanətdir” - Partiya sədri


"Çox sevinirəm ki, DTX əvvəlki nüfuzunu yenidən bərpa edib. Bu çox ağır bir proses idi. İmici məlum səbəblərdən zədələnmiş bir struktur kadr siyasətindən sonra nüfuz qazandı. Yeni nazir DTX-nı cəmiyyətdə rəğbət olunan struktura çevirdi. Hazırda DTX əhalinin rəğbətini qazanan bir qurumdur”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev DTX-nın son əməliyyatlarına münasibət bildirirərkən deyib.

O ölkədə korrupsiyaya qarşı mübarizənin davam edəcəyini bildirib:


"Azərbaycanda korrupsiyaya bulaşmış xeyli məmur var və onlar hələ də cəmiyyətdə aparılan islahatlara badalaq siyasəti yürüdürlər. Ölkə prezidenti 2018-ci ildən başlayaraq açıq və qətiyyətli şəkildə ortaya mövqe qoydu. Bu yaxınlarda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinin baş prokuror təyin olunması həm də rəmzi məna daşıyırdı. Bu birmənalı şəkildə prokurorluq orqanlarında əsas istiqamətlərindən birinin korrupsiyaya qarşı mübarizə olacağına işarə idi.

İndi aparılan islahatlara nəzər saldıqda demək olar ki, məmurlar damla-damla yığdıqlarını, vedrə-vedrə yerə tökür. Ölkədə pandemiya dövründə qənaətlə işləyib, hər qəpiyin qədrini bilməliyik. Ancaq vəzifədə olan məmurlar dövlətə dəstək olmaq əvəzinə vəzifələrindən sui-istifadə edərək dövlətə çox ciddi şəkildə zərbə vururlar. Onlara oolan etimadı heçə endirirlər. Bu hallar əhali arasında da birmənalı şəkildə qınanılır və hər kəs yaxşı dərk edir ki, heç kim qanundan kənarda qala bilməz.

Bundan sonra da bu siyasət yürüdüləcək və neqativ hallar aradan qaldırılacaqdır. Düşünürəm ki, cəmiyyət də bu məsələlərdə də prezidentə dəstək verməlidir”.

Bəs prezidentin çağırışlarına baxmayaraq məmurların bu hallardan nəticə çıxarmamalarına səbəb nədir? sualına partiya sədri belə cavab verib:

"Ölkə prezidenti icra hakimiyyətində aparılan islahat zamanı bütün məmurıarı xəbərdarlıq etmişdi. Ancaq biri haqqında tədbir görülməsinə baxmayaraq digərləri də özlərini yığışdırmadılar.

Mən hesab edirəm ki, kadr siyasətinə yenidən baxmaq lazımdır. Söhbət məmurların diplomlu olmağından deyil, onların vətənə bağlı olmağından gedir. Görünür ki, bunların xisləti budur. Həbs edilən məmurlar bu enerjini dövlətin güclənməsinə yönəltsə, tamam başqa müsbət nəticələr əldə edə bilərdilər.

Mən yenə də deyirəm ki, bu yanlışlıq və ya səhlənkarlıq deyil. Bu düşünülmüş şəkildə aparılan sabotajdı. Ölkə büdcəsini talamaqdır.

Bu həm də yaxşı iş görən məmurlarımızın işinə zərbə vurmaqdır. Bütün strukturlar elə işləmir axı...

Yaxşı işləyən nazirlik və icra başçılarımız da var. Qapısı döyülüb, altından milyonlar çıxan icra başçıları görünür ki, planlı şəkildə yalnız özlərini düşünüb, ölkə büdcəsi hesabına varlanmağı qarşılarına məqsəd qoyublar. Bu məmurlar ən ağır şəkildə cəzalanmalıdır”.

Fərəc Quliyev Mədəniyyət Nazirliyində baş tutan həbslər haqda da danışıb:


"Mədəniyyət nazirliyində baş verən hadisəni ürək ağrısı ilə qarşıladım. Biz görürük ki, düşmən dövlət bizim mədəəniyyətimizi necə yağmalayıb, oğurlayıb, özününkiləşdirib. Bura Azıx mağarasından tutmuş, işğal olunmuş ərazilərimizdə olan bütün mədəniyyət abidələrimiz aiddir.

Bizə xeyli vəsait lazımdır ki, oğurlanmış xalçalarımızı, Qaraqoyunlu, Ağqoyunlu dövlətindən qalan qoç heykəllərimizin ermənilərə aid olmamasını sübut edə bilək.

Ancaq görün bu işlərlə məşğul olmalı olan nazirlik nə işlərlə məşğuldur?

Mən hesab edirəm ki, Mədəniyyət nazirliyində çalışan və qanunsuzluq edən hər kəs ən ağır şəkildə cəzalanmalıdır.

İndi biz mədəniyyətimizlə tanınmaq mərhələsindəyik.

Birinci vitse-prezident Mehriban Əliyeva bütün Avropada, dünyada çox çətinliklərlə xristian aləminin bizə qarşı olan rəyini dəyişməklə bağlı, mədəniyyətlərarası dialoqla müəyyən tədbirlərin görülməsi ilə bağlı böyük işlər gördüyü halda, bu məmurlar görün nə edir.

Mədəniyyətə ayrılan vəsaitin göyə sovrulması prezidentə, dövlətə xəyanətdir. Hesab edirəm ki, atılan addımlar doğru addımlardır və bu cəmiyyət tərəfindən təqdir olunmalıdır".

Günel Hüseynli/AZXEBER.COM

Geri dön