Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UFAZ-ın magistratura pilləsinə sənəd qəbulunun və imtahanın tarixləri dəyişdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > UFAZ-ın magistratura pilləsinə sənəd qəbulunun və imtahanın tarixləri dəyişdirilib

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulunun və imtahanın tarixləri dəyişdirilib


Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimini və təhsil müəssisələrində tədris prosesinin mayın sonuna qədər təxirə salındığını nəzərə alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinə sənəd qəbulu və imtahan tarixi dəyişdirilib.

UFAZ-dan bildirilib ki, sənədlərin qəbulu üçün son tarix mayın 17-si, daxili imtahan isə iyunun 8-nə keçirilib. Bundan əlavə, mövcud şəraitdə universitetlər distant formada fəaliyyət göstərdiyi üçün tələbələrin transkript əldə etməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, sənəd qəbulu zamanı transkriptin mütləq təqdim olunması şərti aradan qaldırılaraq imtahan gününə qədər təqdim edilməsinə icazə verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 60-dan yuxarı bal toplayanlar UFAZ-ın ikinci daxili imtahanında iştirak edə bilərlər. İngilis dilində baş tutacaq daxili imtahan Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunur və UFAZ-a qəbul yalnız bu imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır.

Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölmələri) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Tələbələr nəticələrini iyunun 8-dək təqdim edə bilərlər.

Vurğulanıb ki, UFAZ-a qəbul imtahanı iyunun 8-də seçilmiş magistr ixtisasları üzrə həyata keçiriləcək. Magistratura proqramı üçün nəzərdə tutulan ixtisaslar bunlardır: kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni intellekt), yer elmləri.

Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-a magistraturaya qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər. Proqrama müraciət və daha ətraflı məlumatı https://admission.ufaz.az/en/ linki vasitəsilə əldə etmək olar.

Geri dön