Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məlumatlar zənginləşdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məlumatlar zənginləşdiriləcək

Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məlumatlar zənginləşdiriləcək


Türkiyə-Azərbaycan dərnəyinin İğdır şöbəsinin sədri, fəal ictimaiyyətçi İlteriş Kağan Taşkınsu mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn “vikipediya” təlimlərində iştirak edib.

Bu barədə məlumat verən İlteriş Kağan Taşkınsu bildirib ki, təlim Mərkəzi Elmi Kitabxananın təlimçisi Əmirli Mülayim tərəfindən keçirilib.

“Türkcə “Vikipediya”da fəaliyyət göstərmək üçün təlimlərdə iştirak etmək vacibdir. Bu sahədə biliklərimi artırmaq üçün bir neçə təlimdə iştirak edəcəyəm. Təlimlərdən sonra türk dili bölməsində Azərbaycanın tarixinə, mədəniyyətinə, şəxsiyyətlərinə aid məqalələr yaradılmasını və redaktəsini həyata keçirmək üçün fəaliyyətimi artırmağı, məlumatları zənginləşdirməyi düşünürəm”, - deyə İlteriş Kağan Taşkınsu qeyd edib.

Geri dön