Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İşdən azad olan nazir azərbaycanlı deputatlarla lalobbiçilik etmədiyi üçün vəzifədən kənarlaşdırıldığını deyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İşdən azad olan nazir azərbaycanlı deputatlarla lalobbiçilik etmədiyi üçün vəzifədən kənarlaşdırıldığını deyir

İşdən azad olan nazir azərbaycanlı deputatlarla lalobbiçilik etmədiyi üçün vəzifədən kənarlaşdırıldığını deyir


İran Prezidenti Həsən Ruhani tərəfindən vəzifəsindən azad olunan sənaye, mədən və ticarət naziri təzyiq altında olduğunu, təhdidlərə baş əymədiyi üçün işdən çıxarıldığını bildirib.





Güney Azərbaycanın Mərənd şəhərindən olan Rza Rəhmani Həsən Ruhaniyə ünvanlandığı məktubda Prezident Aparatının rəhbəri Mahmud Vaezi tərəfindən təhdid edildiyini bildirib.





İran mətbuatında dərc olunan məktubda bildirilir ki, Vaezi eks-nazir ilə əlaqə saxlayaraq hökumət tərəfindən təqdim olunan ticarət nazirliyinin təsis layihəsinin Məclisdə təsdiqlənmədiyi təqdirdə onun vəzifədən kənarlaşdırılacağını deyib.





Məktubda Vaezinin keçmiş nazirdən məsələ ilə bağlı Məclisin azərbaycanlı deputatları ilə lobbiçilik etməsini tələb etdiyi, Rəhmaninin isə məclisin onun nəzarətində olmadığı cavabını verdiyi bildirilir.



Sözügedən layihə 10 may tarixində Məclis tərəfindən rədd edildi. Mayın 11-də isə Həsən Ruhaninin əmri ilə Rza Rəhmani vəzifəsindən kənarlaşdırıldı.




Ruhani Rəhmaninin işdən azad edilməsini ölkədə sənaye, ticarət sahələrində baş vermiş nöqsanlar, eləcə də bazarda məhsulların süni bahalaşması ilə əlaqələndirib.



İran prezidenti Rəhmaninin yerinə müvəqqəti olaraq onun birinci müavini Hüseyn Modərres Xiyabanini təyin edib. Məsələyə münasibət bildirən İranın Prezident Aparatının mətbuat xidməti Rəhmaniyə təzyiq göstərilməsini təkzib edib.





Mətbuat xidmətinin məlumatında Rəhmaninin üç yaxınının parlamentdə və mediada hökumətə qarşı fəaliyyət göstərdikləri, eks-nazirdən buna mane olmasının tələb edildiyi iddia olunub.





Xəbərdə həmin şəxslərin adı çəkilməsə də “lazım olduğu təqdirdə” adlarının açıqlanacağı bildirilir.

Geri dön