Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nərgiz Məhəmmədi: "Nümayiş xatirinə keçiriləcək heç bir məhkəmədə iştirak etməyəcəm"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Nərgiz Məhəmmədi: "Nümayiş xatirinə keçiriləcək heç bir məhkəmədə iştirak etməyəcəm"

Nərgiz Məhəmmədi: "Nümayiş xatirinə keçiriləcək heç bir məhkəmədə iştirak etməyəcəm"


İranda məhkumluq həyatı yaşayan insan haqları fəalı Nərgiz Məhəmmədi nümayiş xatirinə keçirilən sifarişli məhkəmə prosesinə qatılmayacağını bəyan edib.



O, özünə qarşı irəli sürülmüş bütün saxta ittihamları İran Konstitusiyasının, İnsan Haqlarına dair Qlobal Bəyanatın, habelə özünün təməl hüquqlarının pozulması kimi dəyərləndirib.



Xanım Məhəmmədi Zəncan müstəntiqi və Tehran prokuroruna yazdığı müraciətdə yuxarıda sadalanan halları əsas gətirərək, keçiriləcək heç bir məhkəmə prosesinə özünü müdafiə etmək üçün qatılmayacağını qeyd edib.



İnsan haqları fəallarının sözlərinə görə, mayın 5-də Zəncan Prokurorluğunun 2 saylı şöbəsinin müstəntiqi Nərgiz Məhəmmədidən son dəfə ifadə almaq üçün Zəncan həbsxanasına gəlib. Lakin həmin görüşdə də fəal nümayiş xatirinə keçiriləcək sifarişli məhkəmə prosesində iştirak etməyəcəyini bildirərək, ifadə verməkdən imtina edib.



Xatırladaq ki, xanım Məhəmmədiyə qarşı İranın İnqilab Məhkəməsi "siyasi sistem əleyhinə təbliğati fəaliyyət", "edamın yavaş-yavaş ləğv edilməsi üçün kampaniya başlatma" və "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək istiqamətində sövdələşmə" kimi ittihamlarla 16 il həbs cəzası oxumuşdu. O, həmçinin həbsxanada da rejim məsullarının sifarişi əsasında iki digər ittihamla üzləşib. Bir müddət əvvəl səhhətində olan ciddi problemlər səbəbindən ailəsinin müraciətlərinə baxmayaraq, İranın Məhkəmə Sistemi koronavirusla bağlı fəalı müvəqqəti olaraq azadlığa buraxmaqdan imtina etmişdi.

Geri dön