Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənini döyən zabitimizin anası danışdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ermənini döyən zabitimizin anası danışdı

Ermənini döyən zabitimizin anası danışdı


Ukraynanın Odessa şəhərində Ermənistan vətəndaşı K.Q.Kadeçyanla aralarında münaqişə baş verən və həbs olunan azərbaycanlı kursant, Hərbi Dənizçilik Məktəbinin II kurs tələbəsi Rəşid Mirzəyevin anası Ətriyyə Mirzəyeva baş vermiş hadisə ilə bağlı açıqlama verib.

O bildirdi ki, oğlu Rəşid Mirzəyev Ermənistan vətəndaşı, 35 yaşlı Kadeçyanla dalaşdığı üçün həbs olunub: "Oğlum hərbi xidməti başa vurandan sonra Ukraynaya oxumağa getdi. Hazırda Odessada Hərbi Dənizçilik Məktəbinin II kursunda oxuyur. Hadisə sentyabrın 29 baş verib. Bundan sonra ermənilər polisə şikayət edib. Ermənilər onu xəstəxanaya yerləşdiriblər ki, guya ağır xəsarət alıb. Polis də oğlumu həbs edib".

Ə.Mirzəyeva bildirdi ki, ermən vətəndaşı oğlunu məqsədli şəkildə münaqişəyə təhrik edib: "Erməni 30-35 yaşlı bir kişi olub. Adı Kadeçyandır. O, oğlumu, millətimizi, şəhidlərimizi, Azərbaycan xalqını təhqir edib. Ramil Səfərov haqqında nalayiq sözlər işlədib. Uşaq da dözməyib, onunla dalaşıb. Onlar da uşağı tutdurublar. Hazırda yoldaşım Odessadadır".

Mirzəyeva onu da bildirdi ki, döyülən erməni zabit deyil, sadəcə Ukraynaya işləməyə gedib: "Kadeçyan zabit deyil. Onun Odessaya işləməyə gəldiyini deyirlər"

Onu da qeyd edək ki, Rəşid Mirzəyev 1991-ci ildə Cəlilabad rayonunda anadan olub. İki ildir ki, Odessada təhsil alır.

_____

14:34


Cəlilabad rayon sakini, 23 yaşlı Mirzəyev Rəşid Rafiq oğlu Ukraynanın Odessa şəhərində həbs olunub. Buna səbəb onun təhsil aldığı hərbi dənizçilik məktəbində Ermənistan vətandaşı K.Q. Kadeçyanla aralarında yaranmış münaqişə və erməni zabiti ilə dalaşması olub.

Teleqraf.com-a daxil olan məlumata görə, Ermənistan vətəndaşı 35 yaşlı Kadeçyanın dövlətçiliyimiz, şəhidlərimiz və Ramil Səfərov haqqında nalayiq ifadələr işlətməsi münaqişənin baş verməsinə səbəb olub. Təhqirlərə dözməyən Rəşid ilə erməni zabiti arasında əlbəyaxa dava olub. Nəticədə xəstəxanaya yerləşdirilən Kadeçyanın xəsarətləri yüngül olsa belə, o, polisə ərizə ilə müraciət edib.

Rəşidin yaxınlarının verdiyi məlumata görə, hər gün polis idarəsinə baş çəkən bir qurup erməni onun həbs olunmasını qətiyyətlə tələb edir. Artıq yaxın günlərdə faktla bağlı məhkəmənin təyin olunacağı və Azərbaycan vətəndaşına hökm oxunacağı gözlənir.

Ailəsindən aldığımız məlumata görə, artıq zabitimizin atası Rafiq Mirzəyev olayla bağlı Odessaya yola düşüb.

Qeyd edək ki, Kadeçyan Ukrayna vətandaşı ilə də ailə qurub. Onun durumu normal olsa da, komada olması ilə bağlı şişirdilmiş yalan məlumatlar yayırlar.


Həsən

Geri dön