Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağ evdə çalışanların test edilməsinə qərar verildi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Ağ evdə çalışanların test edilməsinə qərar verildi.

Ağ evdə çalışanların test edilməsinə qərar verildi.


Amerikada Coronovirus problemi yaşanandan bəri Amerika Prezidenti Donald Trump hər gün mətbuat konfransı keçirərək ölkənin bu sahədə gördüyü işlərin hesabatını verirdi. Bu konfranslar bəzən 1 saat, bir çox halda isə 2 saat davam edirdi. İki həftə əvvəl Amerika prezidentinin Ag Evdə xlor maddəsindən istifadəyə dair etdiyi zarafatı jurnalitlər başqa müstəviyə daşıdı. Bunun ardınca Tramp mətbuat konfranslarını azaltmağa başladı. Sonrakı günlər isə ümumiyyətlə konfranslar təşkil etmədi. Nəhayət bu gün jurnalistlərin suallarına cavab verdi. Ağ evdə çalışanların test edilməsinə qərar verildi.Amerikanın gündəmində həmçinin dünya dövlətləri ilə münasibətlər də yer alır. Dövlət katibi İsrailə getməyə hazırlaşır. Amerika İran münasibətlərindən isə başqa xəbər gəldi. Tehranın açıqlamasında girov saxladıqları Amerikalıları azad edə bilərik açıqlamasını ediblər. Bəs Amerikadan İran rəsmiləri nə gözləyirlər. Bütün bunlar bu günkü reportajımızda.

Beləliklə iqtisadiyyatın açılmasına hazırlaşan Amerika üçün önəmli şərt testlərin aparılmasıdır. İlk olaraq kütləvi testlərə Ağ Evdən başlanılır. Ağ ev çalışanları arasında coronavirus testinin müsbət nəticə verməsi, yeni bir qərarın qüvvəyə minməsinə səbəb oldu. İşçilər gündə iki dəfə test olunacaqlar. Ağ evin həyətində təşkil olunan mətbuat konfransında danışan president Trump dedi ki, yeni tətbiq etdikləri test maşınları gündə, 150 min insanı yoxlamaq gücünə sahibdir. Test edilməsi vacib sayılan yerlər sırasında qocalar evi üstünlük təşkil edəcək.Prezident bu işin aparılmasının məcburi olacağını xəbər verdi. Ştatların tibb müəssələrindən əldə olunan məlumata görə,ölkədəki qocalar evlərində işləyənlərlə birlikdə 27 mindən artıq insan həyatını itirib. Amerika Prezidenti Çinlə münasibətlərin xoş olmadığını söylədi.Mətbuat konfransında CBS müxbiri Weijia Jiang ilə president arasında da gərgin anlar yaşandı.Tramp, Asya kökənli Amerikalı muxabirin, nədən Amerikada testlərlə bağlı durum dünya ölkələrindən önəmlidir sualına əsəbi cavab verdi. Journalist ona, hələ də Amerikalılar ölür demişdi.

"Dünyanın hər yerində insanlar ölür. Düşünürəm bu sualınızın cavabını Çindən soruşun.Bəlkə onlar cavab verərə. Məndən soruşmayın. Çindən soruşun. Oldumu? Xəbəriniz olsun,bu sualı onlardan soruşduğunuzda, çox alışmadığınız cavabı ala bilərsiz. "

Bunun ardınca president CNN jurnalistinə də sual soruşmağa icazə verməyərək konfransı tərk etdi. Amerika gündəmində yer tutan bir xəbər isə rəsmi Tehranın guya Amerikaya girovları dəyişmək üçün təklif verməsi idi. Rəsmi Tehran coronavirusla bağlı belə bir təklif etdiyini söyləmişdi. Amma Vaşinqtondan əldə etdiyimiz məlumatlara bildirilir ki, İran İslam Respublikası yenə də yalan informasiya yayır. Amerikanın vətən Təhlükəsizliyi Administrasiyasından verilən məlumata görə, onlara belə bir təklif gəlməyib.

Geri dön