Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Karantin rejiminin pozulmasına görə 52 min 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Karantin rejiminin pozulmasına görə 52 min 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

Karantin rejiminin pozulmasına görə 52 min 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 12-si saat 00:00-dan mayın 13-ü saat 00:00-dək olan müddətdə DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-si saat 00:00-dan mayın 13-ü saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52 min 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Geri dön