Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 50 nəfər koronavirusdan ölüb, daha 1958 yeni “Covid-19” xəstəliyinə yoluxma halı aşkar edilib
İranda daha 50 nəfər koronavirusdan ölüb, daha 1958 yeni “Covid-19” xəstəliyinə yoluxma halı aşkar edilib |
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ötən bir gün ərzində ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikanı yayıb.
Cahanpur deyib ki, son 24 saat ərzində ölkədə daha 50 nəfər “Covid-19” xəstəliyindən həyatını itirib, 1958 yeni koronavirusa yoluxma faktı qeydə alınıb: “Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin ümumi sayı 6783 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 112 min 725 nəfərə yüksəlib. Xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artıb və hazırda xəstəxanalardan evə buraxılanların sayı 89 min 428 nəfərdir. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2735 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur xəstəliklə bağlı yeni statistikanı yayarkən bəyan edib. Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6783 nəfərə, yoluxanların sayının isə 112725 nəfərə yüksəldiyini iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 42000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər. Geri dön |