Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Tənəffüs yollarının xəstəliklərindən qorunun!
Tənəffüs yollarının xəstəliklərindən qorunun! |
Bu gün tənəffüs yolları xəstəlikləri olduqca geniş yayılıb. Bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi ilə bağlı ətraflı məlumat almaq üçün həkim-fitoterapevt Elnur Rəhimovla həmsöhbət olduq. Həkim bildirdi ki, tənəffüs yollarının xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir. Xroniki bronxitin ilkin əlamətləri öskürək, selikli-irinli bəlğəmin xaric olması, təngnəfəslik, tərləmə, temperaturun yüksəlməsidir. Kompleks müalicəyə siqaret, şirniyyat və digər qıcıqlandırıcı qida məhsullarının qəbulunun qadağan olunması ilə başlanır.
Səbəbləri Bronxitin səbəbləri də müxtəlifdir. Xəstəliyin inkişafına daxili və xarici amillər təsir edir. Daxili amillərə immun və endokrin sistemin bioloji qüsurları, vegetativ sinir sisteminin xəstəlikləri, infeksion amillər aiddir. İrsi meyl də xüsusi yer tutur. Xarici amillərə isə qeyri-infeksion allergenlər, mexaniki və kimyəvi qıcıqlandırıcılar, sinir-psixi streslərin təsiri aiddir. Xəstəliyin inkişafında allergiyanın da rolu böyükdür. Allergiyanın inkişaf mexanizminə əsasən, qeyri-infeksion allergik və infeksion allergik astma ayırd edilir. Soyuqdəyməyə səbəb olan viruslar kəskin bronxitə da səbəb olur. Lakin eyni zamanda, qeyri-infeksion bronxitlər də var hansı ki, siqaret tüstüsünə və digər mənşəli tüstülər əmələ gəlir. Bronxitlər eyni zamanda, sizin mədənizdən turşular qida borusuna düşərkən əmələ gələ bilər. Müxtəlif tozlar və tüstülər olan şəraitdə işləyən insanlarda da bronxitlər əmələ gələ bilər. Siqaret çəkən şəxslər və onlarla bir evdə yaşayanlar, xüsusən də uşaqlar kəskin və xronik bronxitlər üçün risk qrupu sayılırlar. Başqa bir səbəb isə iş şəraiti ilə əlaqədardır. Bura tekstil fabriklərində işləyənlər, iş yerində ammonium, turşularla kontaktda olanlar daxildir. Əlamətləri Açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Bir həftədən uzun sürən xəstəliklər və rəngli bəlğəm bronxitin əlamətləridir. Öskürəkdən başqa bronxitin simptomları boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdır. Bronxitin növləri: kəskin, xroniki və obstruktiv bronxit Kəskin bronxitlərin inkişafında soyuqlamanın siqaret çəkmənin, spirtli içkilərin qəbulunun, burun-udlaq nahiyəsinin ocaqlı infeksiyalarının rolu böyükdür. Əsasən viruslar tərəfindən törədilir. Həmçinin bronxların fiziki və kimyəvi amillərin təsirindən qıcıqlanması kəskin bronxitin əmələ gəlməsinə səbəb ola bilir. Kiçik uşaqlarda və qocalarda kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir. Xroniki bronxit isə nəfəs yollarının daimi iltihabı nəticəsində yaranır. Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən azacıq bəlğəmlə müşahidə olunur. Əlamət və simptomlar tənəffüsün qısalması, davamlı öskürək, bəlğəmin çox həcmdə olmasıdır. Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir. Xronik bronxit diaqnozu o zaman qoyulur ki, il ərzində öskürdüyünüz günlərin sayı cəmi ən azı 3 ay etsin və bu 2 il müntəzəm davam etsin. Obstruktiv bronxit boşluğun sıxılması nəticəsində bronxlardan havanın keçməsinin çətinləşməsi prosesidir. Obstruktiv bronxiti uzadılmış, nəfəs verildikdə məsafədən eşidilən fit səsi, quru xırıltıya görə tanımaq olar. Bronxitin müalicəsi Bronxitlərin müalicəsi zamanı bəlğəmgətirici (teabronx), antiseptik, iltihab əleyhinə, spazmolitik effektli preparatlar tətbiq edilir. Bunlardan ən çətin müalicə olunanı xroniki obstruktiv bronxitlərdir. Əlavə olaraq xəstəyə yataq rejimi təyin olunur və siqaret çəkmək qadağan olunur. Öskürməni saxlamağa çalışmayın, çünki öskürək bəlğəmin xaric olmasını təmin edir. Əgər öskürək gecələr sizi yatmağa qoymursa dincələ bilməniz üçün kifayət qədər dərman istifadə edin. Lakin, öskürəyi tam saxlamayın. Ümumiyyətlə, bronxitlərin müalicəsində teabronx və bronxonat kompleks terpaiyada mühüm rol oynayır. Xroniki bronxit zamanı isə teasept və teabronx çaylarının birgə dəmlənib içilməsi məsləhət görülür. Qaragilə və mərcangilə yarpaqlarından, itburnu meyvəsindən hazırlanmış çayları, giləmeyvələr, meyvə və tərəvəzlər də bronxitin müalicəsi üçün istifadə olunur. Bronxitin profilaktikası Qripə qarşı vaksinasiya olun. Əksər hallarda bronxit qripdən sonra əmələ gəlir. İmmunotea vasitəsilə infeksion xəstəlikdən qorunmalı və immune sistemi davamlı olaraq artırmalı. Əllərinizi tez-tez dezinfeksiya edin. Burnunuzun içinə və gözlərinizə çirkli əllərlə toxunmayın. Xəstələrin ətrafında olanda üz maskası geyinmək imkanı varsa, istifadə edin. AZƏR Salehli, Azərbaycan Tibb Universitetinin tələbəsi Geri dön |