Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Urmiya gölünün 70 faizi artıq quruyub
Urmiya gölünün 70 faizi artıq quruyub |
Rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib.Bu barədə MEHR agentliyi məlumat verir.
Məlumata əsasən, İranın Ətraf Mühitin Qorunması Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə deyib ki, Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. 2011-ci ildə də Urmiya gölünün quruması ilə bağlı Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyalar zamanı onlarla azərbaycanlı fəal həbs olunaraq ağır cəzalandırılmışdı. Geri dön |